Accessibility links

Rəcəb Tayyib Ərdoğan Misir, Liviya və Tunisə səfərə çıxacaq


Rəcəb Tayyib Ərdoğan Misir, Liviya və Tunisə səfərə çıxacaq
Rəcəb Tayyib Ərdoğan Misir, Liviya və Tunisə səfərə çıxacaq

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Misir, Liviya və Tunisə səfərə çıxacaq. “Ərəb baharı” tunesinə sentyabrın 12-də başlayacaq baş nazir Misirdən Qəzza zolağına da gedə biləcəyini deyib. Ərdoğanın səfəri Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşdiyi vaxta təsadüf edir.

Türkiyənin baş nazirinin səfər edəcəyi hər üç ölkədə uzun müddət hakimiyyətdə olan dövlət başçıları əleyhinə nümayişlər baş qaldırıb.

Aksiyalar Tunis prezidenti Zine Əl-Abidin Ben Əlinin Səudiyyə Ərəbistanına qaçmasına, Misir prezidenti Hüsnü Mübarəkin istefasına,səbəb olub. Liviyada isə Müəmmər Qəzzafinin hakimiyyətdən devrilməsi uğrunda döyüşlər davam etdirilir.

XS
SM
MD
LG