Accessibility links

Tunisdə minlərlə insanın iştirakı ilə dinc nümayiş keçirilib


Tunisdə minlərlə insanın iştirakı ilə dinc nümayiş keçirilib
Tunisdə minlərlə insanın iştirakı ilə dinc nümayiş keçirilib

Bu gün Tunisdə prezidentin hakimiyyətdən devrilməsinə yol açan hərəkatın ildönümündə minlərlə insanın iştirakı ilə dinc nümayiş keçirilib. İnsanlar ərəb dünyasında inqilablara yol açan bu hərəkat münasibəti ilə Sidi Buzid şəhərində toplaşıb. İnqilab etiraz əlaməti olaraq, Məhəmməd Buəzizi adlı gəncin özünü yandırması və daha sonra vəfat etməsi ilə başlayıb.

Nümayişçilər əllərində bayraqlar və həlak olanların şəkillərini tutub. Tunisin yenicə seçilmiş prezidenti Monsef Marzuki yürüş iştirakçıları arasında olub. O, nümayişdə iştirak edənlərə, uzunmüddətli prezident Zine Əl-Abidin Ben Əlinin diktatorluğuna son qoyanlara təşəkkürünü bildirib

Tunis hərəkatı Misir, Suriya, Bəhreyn, Yəmən, İordaniya və Liviyada Ərəb baharı hərəkatının təməli hesab edilir.

XS
SM
MD
LG