Accessibility links

Tunis, Misir və Liviyada diktatorların devrilməsində qadınlar aparıcı rol oynayıb


Tunis, Misir və Liviyada diktatorların devrilməsində qadınlar aparıcı rol oynayıb
Tunis, Misir və Liviyada diktatorların devrilməsində qadınlar aparıcı rol oynayıb

Tunis, Misir və Liviyada diktatorların devrilməsində qadınlar aparıcı rol oynayıb. İndi onlar ölkələrinin gələcəyində rol oynamaq arzusundadır. Qlobal Qadın Məsələləri üzrə səfir Melani Veryir bildirib ki, qadınları geriyə salmaq istəyənlər az deyil. “Bəziləri Qərbin qadın hüquqları kimi öz dəyərlərini ərəblərə aşılamaq istədiyini iddia edir. Lakin bu, nə Qərb, nə ərəb, nə də din məsələsidir. Bu, ən adi universal insan hüququdur”-deyə o bildirib.

Tunisdə qadınlar parlamentdə yerlərin 25 faizini tutur. Səfir Veryirin dediyinə görə, Tunis qadın hüququları tarixinə malikdir. “Bu ölkə çoxarvadlılığı ləvğ edən ilk ərəb ölkəsidir. Bu ölkə qadınlara peşəkar hüquq bəxş edən ölkədir. Bu ölkə proqressiv ailə hüquqları barədə qanunlar tətbiq edən ölkədir. Qadınlar oktyabr ayı seçkilərində fəal iştirak edib”.

Misirdə qadınların tərəqqisinin qəbul edilməyəcəyi və onların inkişaf prosesindən çıxarılcağına dair narahatlıqlar mövcuddur. Bu ölkədə müvəqqəti hökumətdə qadınların yeri məhduddur. Misirin konstitusiya deklarasiyasını təsis edən komitədə heç bir qadın yer almır. Lakin bütün bunlara baxmayaraq, qadınlar seçici, namizəd və siyasi partiyalara üzv kimi fəaliyyətlərini davam etdirəcək. Amerika hökuməti Misir qadınlarına dəstək nümayiş etdirir.

Liviyada qadınlar ölkənin azadlığı hərəkatında fəal iştirak edib. Az olsa da, Liviyanın gələcəyində rol oynamaq istəyən qadın qrupları fəaliyyətdədir.ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Amerika keçid dövründə qadınların da iştirakını gözləyir.

Tunis, Misir və Liviyada qadınlatın liderliyi üçün Amerika onlara treyninqlər keçirilməsini istəyir. Keçid dövrünü yaşayan icmalarda belə qadınlara böyük ehtiyac duyulur. Prezident Barak Obamanın bildirdiyinə görə, əhalinin yarısı hesaba alınmayan heç bir ölkə öz potensialını müəyyən edə bilməz.

XS
SM
MD
LG