Accessibility links

Yəməndə polis nümayişçiləri atəşə tutub


Yəməndə polis nümayişçiləri atəşə tutub
Yəməndə polis nümayişçiləri atəşə tutub

Yəmənin cənub Taiz şəhərində polis hökumət əleyhdarı nümayişçiləri atəşə tutub. Nəticədə 3 nəfərin həlak olduğu, bir necə adamın yaralandığı bildirilir.Paytaxt Sanada da qarşıdurmalar zamanı iki nəfər öldürülüb. Aksiya iştirakçıları prezident Əli Abdulla Salehin istefasını tələb edib. Son iki ay ərzində Salehin 32 illik hakimiyyətinə son qoyulması çağırışları demək olar ki, hər gün səslənir. Prezident isə qanuna uyğun şəkildə istefa verməyə hazır olduğunu deyir. Lakin müxalifət onun dərhal hakimiyyəti tərk etməsini tələb edir. Yəməndə iğtişaşlar baş qadırandan bəri BMT-nin Təhlükəsizlik Şurası ilk dəfə məsələni müzakirə etməyi planlaşdırır. Bu gün keçirilən müzakirələr Almaniya səfirinin təklifidir. Diplomatlar beynəlxalq ictimaiyyətin artan narahatlıqlarına görə bu görüşün Yəmənə siyasi mesaj mahiyyəti daşıdığını bildirir.

XS
SM
MD
LG