Accessibility links

11-sentyabr terror aktının planlaşdıranların məhkəməsi Nyu Yorkda keçirilməyəcək


11-sentyabr terror aktının planlaşdıranların məhkəməsi Nyu Yorkda keçirilməyəcək
11-sentyabr terror aktının planlaşdıranların məhkəməsi Nyu Yorkda keçirilməyəcək

Obama administrasiyası müttəhimin məhkəməsinin harada keçiriləcəyini müəyyən etməyə yaxındır

Washington Post qəzeti yazır ki, 2001-ci il, senyabrın 11-i terror aktının planlaşdırmasında ittiham edilən şəxsin məhkəməsi baş tutmayıb və həmin şəxs bir müddət hərbi nəzarətdə olacaq. Qəzet adı məlum olmayan Obama administrasiyasının rəsmisinə istinadən Xalid Şeyx Məhəmmədin məhkəməsinin Konqres və Nyu York rəsmilərinin təhlükəsizlik narahatlıqları üzündən Nyu York şəhərində keçirilməyəcəyini bildirib. Bu həftənin əvvəli ABŞ baş prokuroru Erik Holder deyib ki, Obama administrasiyası müttəhimin məhkəməsinin harada keçiriləcəyini müəyyən etməyə yaxındır. Respublikaçı qanunvericilər hesab edirlər ki, Məhəmmədin və onun şübhəli bilinən dörd yardımçısının məsələsinə hüquqi imkanların məhdud olduğu hərbi tribunalda baxılmalıdır və onlar düşmən döyüşçü qismində mühakimə olunmalıdır.

XS
SM
MD
LG