Accessibility links

2010-cu il hava şəraiti


2010-cu il hava şəraiti
2010-cu il hava şəraiti

2010-cu il üç ən isti illərdən biri oldu

2010-cu il bütün dünyada hava şəraitinin ən kəskin dəyişdiyi il kimi yadda qalacaq. Pakistanda daşqınlardan tutmuş, Çində palçıq sürüşməsnə qədər təbiətdə baş verən hadisələrin xəbərlərin əsas mövzusuna çevrilmişdi. Amerikalılar qışı qarşılayırlar. Dövlət yol departamenti son qar təmizləmə texnologiylarını nümayiş etdirir. Yolları buzdan təmizləmək üçün böyük həcmdə duzdan istifadə edilir. Qar təmizləyən maşınların sürücüləri bunun necə ağır iş olduğunu nümayiş etdirirlər. 2010-cu ildə qış soyuq keçdi. Fevral ayında 50 santimetrdən artıq yağan yeni qar bir neçə gün əvvəl yağmış 90 santimetr qarın üstünə əlavə oldu . Yer kürəsinin o biri hissəsində isə qar Pekin şəhərini mənfi 16 dərəcə selsi temperaturla tam iflic etdi. Lakin Vaşınqton və Pekin qışla mübarizə apardığı bir dövrdə, başqa ölkələrdə ötən yay ayları istiliklə mübarizə aparırdılar. Ömər Baddur Dünya meteoroloji təşkilatın nümayəndəsidir. O, Surixdən Skype vasitəsi ilə danışdı. Ömər Baddur "2010-cu il üç ən isti illərdən biridir."

2010-cu il hava şəraiti
2010-cu il hava şəraiti

Səbəb budur. Əvvəl Vaşınqtonda dəhşətli isti oldu. İyun ayının əvvəli isə Moskvada temperatur 32 dərəcə selsiyə qalxdı. Bir ay sonra isə Rusiyada meşə yanğınları baş verdi. Kütləvi evakuasiya başladı. Avqust ayında isə Çində palçıq sürüşmələri və leysanlar. Pakistanda viranedici daşqınlar ölkənin beşdə bir hissəsini suya qərq etdi. Avqust ayında eyni zamanda, Qrenlandiyanın buz şelfinin dörddə biri dənizə düşdü. Alimlər əsrin sonunadək bir dərəcənin əsaslı arta biləcəyini bildiriblər. Bəzi yerlərdə qış ayalarının daha soyuq keçəcəyi müşahidə ediləcək. Təbiət Təşkilatının nümayəndəsi Amanda Staudt iqlim dəyişikliyi haqda tədqiqatın müəlliflərindən biridir. Amanda Staudt "Məni təəccübləndirən odur ki, 2050-ci ildə 2010-cu ildəki hava şəraiti yumşaq və ya ən azından normal hava şəraiti hesab ediləcək" Beləliklə Staudt və onunla həmfikir tədqiqatçılar hamının belə hava şəraitinə hazır olmalı olduğunu bildirirlər. Bir şeyi əminliklə demək olar ki, 2010-cu ildə temperatur qlobal səviyyədə qalxıb və alimlər 2011-ci ildə onun daha da artacağını proqnozlaşdırıblar. Bu elə bir tendensiyadır ki, biz hamımız buna vərdiş etməliyik.

XS
SM
MD
LG