Accessibility links

2013-cü il Green card lotoreyasına müraciət oktyabrın 4-dən noyabrın 5-dək davam edəcək


Azadlıq heykəlindən Nyu York mənzərəsi
Azadlıq heykəlindən Nyu York mənzərəsi

2013-cü il Green card adlanan lotoreyaya müraciət müddəti oktyabrın 4-dən noyabrın 5-dək davam edəcək. Bu proqram Amerikaya mühaciərt reytinqi aşağı olan ölkələrdən 50 min insana ABŞ-da daimi yaşayış icazəsi bəxş edir. Mühacirət etmək istəyənlər www.dvlottery.state.gov veb səhifəsinə müracət edə bilər.

Bu səhifəyə yalnız bircə dəfə müraciət edilə bilər. Siyahıda yer alan ölkələrin vətəndaşları ən azı orta təhsilə, son beş il ərzində iki illik treyning tələb edən iki illik iş stajına malik olmalıdır.

ABŞ Dövlət Departamenti poçt vasitəsi ilə müraciətləri qəbul etmir. Mühacirət abituriyentləri özləri, həyat yoldaşları və 21 yaşından aşağı uşaqları haqda tələb olunan məlumatları təqdim etməlidir. Prosesi canlaşdırmaq üçün lotoreyaya bizneslər və vəkillər vasitəsi ilə də müraciət etmək mümkündür.

Müraciət pulsuzdur. Lakin möhlət bitməmişdən əvvəl anketin təqdimatı olduqca mühümdür.

Anket bir neçə sualı cavablandırmaqla və rəqəmsal pasport ölçülü fotonuzu əlavə etməklə doldurulmalıdır.

www.dvlottery.state.gov ünvanına göndərilən anketlərə ABŞ Dövlət Departamenti təsdiq nömrələri verir. Nömrə itirilməməlidir.
Seçim kompyuter vasitəsi ilə edilir. Dövlət Departamenti seçilənlərə cavab vermir. Təsdiq nömrəsi vasitəsi ilə cavabı özünüz yoxlamalısınız. Seçim viza qarantiyası demək deyil. Belə ki, seçilənlər ABŞ qanunlarına görə hüquqi və təhlükəsizlik standartlarına cavab verməlidir. Viza əsasında Amerikaya mühacirət edənlərə maliyə və ya digər növ yardımlar göstərilmir. Onlar ictimaiyyətə yük olmayacaqlarını sübut etməlidir. Lotoreyaya müracətin pulsuz olduğu unudulmamalıdır. Hər bir pul tələbinin hiyləgərlik olduğunu yaddan çıxarmayın.

XS
SM
MD
LG