Accessibility links

4 nəfər aksiya iştirakçısı inzibati qaydada həbs edilib


Müxalifətin dünənki aksiyası zamanı 72 nəfər saxlanıb

Mayın 25-də axşam Milli Parkda təşkil olunan ictimai gəzintinin 4 iştirakçısı bu gün Səbail rayon məhkəməsinin qərarı ilə ictimai asayişi pozmaq ittihamı ilə inzibati qaydada 5-6 günlük həbs edilib.

AXCVP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsi radiosuna bildirib ki, denən saxlanan müxalifət fəallarından daha 15 nəfəri cərimə olunub, xəbərdarlıq edilib.

Həbs olunanlar və cərimələnənlər sırasında AXCP, Müsavat, Demokrat partiyalarının və “Dalğa” gənclər təşkilatının üzvləri də var.
Dünənki aksiya zamanı 72 nəfər saxlanıb, onların əksəriyyəti gecə saatlarında azad edilib.

XS
SM
MD
LG