Accessibility links

8 il qabaq vəfat etmiş 87 yaşlı qadının skeleti aşkar edilib


8 il qabaq vəfat etmiş 87 yaşlı qadının skeleti aşkar edilib
8 il qabaq vəfat etmiş 87 yaşlı qadının skeleti aşkar edilib

Avstraliya polisi 8 il qabaq vəfat etmiş 87 yaşlı qadının skeletini onun evindən tapıb. Polisə bu haqda qadının baldızı xəbər verib. Gəlin-baldız 2003-cü ildən bu yana küsülü imişlər.

Polis rəisi Zoran Dzevlan deyir ki, qonşulardan da heç kim qadınla maraqlanmayıb. Sosial yardım idarəsinin səkkiz il ərzində onun hesabına köçürdüyü vəsait toxunulmamış qalıb.

Amma bu illər ərzində evə verilən kommunal xidmətləri ləğv olunub, poçt başqa ünvana yönəldilib.

Polis rəisi deyib ki, bu hadisə adamlara bir xatırlatmadır: qonşulardan, xüsusilə yaşlı qonşulardan göz-qulaq olmaq lazımdır.

XS
SM
MD
LG