Britaniyanın xarici işlər naziri Uilyam Heyq Suriyanın kimyəvi silahlardan istifadə etməsinə ciddi cavab verilməli olduğunu bildirib. Baxmayaraq ki, Britaniya parlamenti Əsəd hökumətinə qarşı birgə hərbi əməliyyatları rədd edib. Nazir deyib ki, 21-ci əsrdə kimyəvi silahlardan istifadə etmək qarşısında durulmalı bir şərdir.
Uilyam Heyq ABŞ-ın başçılığı altında sarin qzından istifadə edən Əsəd rejiminə qarşı hava hücumlarını dəstəklədiyini bildirib.
Parisdə Ərəb Liqası rəsmiləri ilə görüşən ABŞ dövlət katibi Suriya hökumətinə qarşı hücuma beynəlxalq dəstəyin artıdığını deyib. Con Kerri bunu fransız həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.
Con Kerri deyib ki, avqust ayının 21-də həyata keçirilən hücum 426-sı uşaq olmaqla, 1400-dən artıq insanın həyatına son qoyub.
Dövlət katibi bildirib ki, Obama administrasiyasının amerikalılar və Konqresi Suriya hökumətinə qarşı hücuma keçilməsinin vacibliyinə inandırması üçün nümayiş etdirdiyi videoya çəkilənlər əsl insanlar, əsl uşaqlardır və Amerika buna məhəl qoymaya bilməz.
Con Kerri ərəb hökumətlərinin gələn 24 saat ərzində qərarlarını bildirəcəklərini bəyan edib.
Daha əvvəl o, Litvada Avropa ölkələrinin xarici işlər nazirləri ilə müzakirələr keçirmişdi.
Bu arada, Suriya fəalları islamçı ekstremistlərin xristian kəndini ələ keçirdiyini xəbər verir. Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, Maalula kəndindən hökumət qüvvələri çıxarılıb.
Bazar ertəsi və çərşənbə axşamı günləri ABŞ Konqresində hər iki partiyanın üzvlərinin iştirakı ilə birfing keçiriləcək.
ABŞ prezidenti Braka Obama çərşənbə axşamı milli televiziya ilə Amerika xalqına müraciət edəcək.