Accessibility links

Suriya prezidenti atəşkəsə riayət etməyə hazırdır


Suriya prezidenti Rusiyanın dövlət başçısı Vlaidimir Putini şənbə günü qüvvəyə minəcək atəşkəsə riayət etməyə hazır olduğunda əmin edib.

Bu gün Putinlə telefon söhbəti zamanı Bəşar Əl-Əsəd İŞİD və Nüsrə Cəbhəsi kimi terrorçu qruplarla mübarizənin vacibliyini önə çəkib.

Yaraqlılar atəşkəs razılığında yer almır. Digər qruplar isə cümə günü qərarlarını bəyan etməlidir.

Rusiyanın atəşkəsə əməl etməməsinə heç bir cavab verilməyəcək

Əsas müxalifət qrupu olan Ali Müzakirələr Komitəsi atəşkəsə humanitar yardımların çatdırılması və mülki əhaliyə qarşı hava hücumlarının dayandırılması müqabilində qoşula biləcəyini bildirib.

Con Kerry
Con Kerry

ABŞ dövlət katibi Con Kerri atəşkəsi 5 illik vətəndaş müharibəsinə son qoyulması yolunda atılan müsbət addım kimi qiymətləndirib.

Lakin Rusiyanın öhdəliklərinə sadiq qalacağını sual altına alan bəzi ABŞ qanunvericiləri atəşkəs razılığına skeptik yanaşır.

Senatın Xarici Əlaqələr Komitəsinin üzvlərini Rusiyanın rəqib döyüşçülərin mövqelərini bombalamaqdan imtina etmədiyi təqdirdə nə baş verəcəyi düşündürür.

Senator Con Barrasso deyib ki, Rusiyanın atəşkəsə əməl etməməsinə heç bir cavab verilməyəcək. O, administrasiyanın bu halda nə ediləcəyinə dair heç bir fikir söyləmədiyini bildirib.

Dövlət katibi isə atəşkəsi qarantiya almağın qeyri-mümkünlüyünü irəli sürərək,atəşkəsə riayət edilməməsinin cavabsız qalmayacağını bildirib.

Kerri alternativlərin müzakirə edildiyini deyib.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Korker dövlət katibinin başqa variant olmadığı bir şəraitdə müzakirələr keçirdiyini və Rusiyanın bunu bildiyini deyib.

Təhlilçilər isə hesab edir ki, Rusiyaya arxalanan Əsəd rejiminin müxalifəti rədd etməsi ölkədə siyasi sabitliyin yaradılmasına münbit şərait yaratmır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG