Accessibility links

Kaliforniyada ASEAN sammiti keçirilir


ABŞ prezidenti Barak Obama Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası - ASEAN-a 10 üzv ölkənin liderini Kaliforniya ştatının Ranço Miraj şəhərindəki Sannilands iqamətgahında salamlayıb. Həmin vaxt iqamətgahın qarşısında etiraz edən nümayişçilər gündəliyə insan haqları məsələlərinin daxil edilməsini də istəyib.

Kaliforniyada ASEAN liderləri ilə iki günlük iqtisadi və təhlükəsizlik məsələlərinin müzakirəsi konfransının açılışında danışan cənab Obama oraya toplaşan liderlərə bildirib ki, onun administrasiyası Asiya və Sakit Okean regionuna dair xarici siyasətini balanslaşdırıb.

Bununla yanaşı, yüzlərlə etirazçı görüşün keçirildiyi məkanının qarşısına toplaşıb. Onlar arasında 30 ildir baş nazir Hun Sen daxili siyasətdə dominantlıq etdiyi Kambocadan insanlar olub.

Digərləri isə Laos hökumətini və eləcə də Vyetnamın Laos və digər ölkələrə təsir etmə fəaliyyətlərini tənqid edib.

Tailand-Amerikalı nümayişçilər isə görüşə TAiland baş naziri Prayut Çan-o-çanın qatılmasına etiraz edib. Prayut 2014-cü ildə baş vermiş hərbi çevriliş sayəsində hakimiyyətə yiyələnib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG