Accessibility links

İnsanlara pulsuz yeməklər hazırlayan dünya şöhrətli aşpaz


İnsanlara pulsuz yeməklər hazırlayan dünya şöhrətli aşpaz
please wait

No media source currently available

0:00 0:02:25 0:00

İnsanlara pulsuz yeməklər hazırlayan dünya şöhrətli aşpaz

Dünya şəhrətli aşpaz Xoze Andres Nyu-York və Vaşinqtondakı restoranlarını səfərbər edərək, koronavirus pandemiyası dövründə ehtiyacı olanlara pulsuz yeməklər paylayır. Lakin ölkədə hər yer bağlı olduğu üçün o, stadionları mətbəxə çevirib.

Xoze Andres müvəqqəti bağlı olan stadionları xeyriyyəçilik məqsədi ilə mart ayından, koronavirus hallarının artmağa başladığı vaxtdan istifadəyə götürüb.

Bir çox ehtiyac içərisində olan insanlı doydurmaq üçün Andresin Dünyanın Mərkəzi Mətbəxi adlı şirkəti Vaşinqtondakı Milli besysbol stadionunda çalışır.

“Biz əvvəllər də stadionlar və arenalardan istifadə etmişik. Onların lazımlı vaxtlarda insanlara əhəmiyyəti böyük olur. Burada biz on minlərlə çeşidli yeməklər hazırlayırıq” - deyə, Andres bildirib.

Stadion işçiləri də yardım göstərməyə həvəslidir.

“Biz də COVİD-a yoluxanlara yardım yollarını araşdırırdıq. Özümüzü insanlara yemək hazırladığımız üçün məmnun hiss edirik. Andresin komandasına müraciət edərək, onlarla tərəfdaşlıq etməyə başladıq. Onlara dedik ki,Vaşiqntondakı parkımızdan mətbəx kimi istifadə etmək istəyirsinizmi?” , stadionun vitse-prezidenti Conatan Stahl deyib.

Stadion 50 nəfərin eyni zamanda səhər 7-dən axşam 6-ya qədər bərabər çalışması imkanına malikdir. Hazırlanan yeməklər - ət, tərəvəz, düyü və meyvələr buradaca qablaşdırılır.

Hazır yeməklər konteynerlərlə Uber sürücüləri tərəfindən xəstəxanalar, qocalar evləri, azgəlirli ailələr və evsizlərə paylanır.

İşin həcminə baxmayaraq, hər kəs sağlam qalmağa çalışır.

“İşlədiyimiz yerə gəldikdə hər kəsin qızdırması ölçülür, qızdırma olmadığından əmin oluruq. Bundan sonra şəxsi əşyalar xüsusi yerlərdə saxlanılır” - deyə, Conatan Stahl bildirib.

İanələr və maliyyə yardımları ilə Dünyanın Mərkəzi Mətbəxi Amerikanın digər şəhərləri üçün də minlərlə porsiya yemək hazırlayır. Adresin dediyinə görə, heç bir möhlət qoyulmayıb. İş nə qədər lazım olacaqsa, o qədər davam etdiriləcək.

XS
SM
MD
LG