Accessibility links

Asif Əli Zərdari: Malalaya sui-qəsd pakistanlı qızlara, Pakistanın özünə təcavüzdür


Prezident deyib ki, Malalanın qoyduğu bu irs Pakistanı işıqlı gələcəyə aparacaq.

“Bizim ölkələri terrorçuluq, savadsızlıq, yoxsulluq və fundamental hüquqların pozulması təhdid edir. Malalaya sui-qəsd pakistanlı qızlara, Pakistanın özünə təcavüzdür. Bu regiona, region ölkələrinə olan sui-qəsddir”. Bu barədə Pakistanda “Taliban” tərəfindən güllənmiş qızın acı taleyini xatırladan Pakistan prezidenti Asif Əli Zərdari İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Bakı sammitində bildirib.

Prezident qeyd edib ki, Malala Pakistan üçün silahlı terrorçu qruplardan daha çox xeyirli iş görüb. O, İƏT dövlətlərini qızların hüquqlarının qorunmasında Pakistanla birliyə çağırıb.

“Terrorçular bizim gələcəyimizi müəyyən etməyə təsir etməməlidir. Gələcəyimizi özümüz müəyyən etməliyik”.

Prezident deyib ki, Malalanın qoyduğu bu irs Pakistanı işıqlı gələcəyə aparacaq.

A.Zərdari İƏT ölkələrini heroin ticarətinin qarşısının alınmasına və qanunsuz hərbi amillərə qarşı birləşməyə çağırıb.

Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğan da üzv ölkələrin qızlara qarşı olan pisliklə mübarizə etməsinin vacib olduğunu diqqətə çatdırıb.

“Belə hadisə İstanbulda da olmuşdu. Norveçdə də baş verib. BMT və digər beynəlxalq qurumlar da buna qarşı mübarizə aparmalıdır. Birgə mübarizə platforması yaradılmalıdır. Biz BMT-yə təklif vermişik və qəbul edilib”, - deyə baş nazir bildirib.
XS
SM
MD
LG