Dünyanın bəzi regionları artıq yeni 2012-ci ilə qədəm qoyub. 2012-ci il ilk olaraq Avstrailya və Yeni Zelandiyada qarşıalanıb. Sidney və Oakland şəhərlərində yeni ili böyük atəşfəşanlıqla qarşılayıblar. Tayvanda isə 2011-ci ilin son günü dünyanın ən böyük motosiklet yarışması rekordunu vurmaq üçün 100-cü dəfə keçirilən yürüşdə 100 min motosikletçi içtirak edib. Dünyanın hələ bir çox ölkəsində yeni ilin gəlişinə hazırlıqlar gedir. Nyu-York şəhərində məşhur Tayms meydanında yeni il təntənələrinin simvolu olan büllür şar artıq binanın üzərinə yerləşdirililib. Gecə saat 12-də yeni ilin gəlişi ilə büllür şar yuxarıdan aşağı endirilir.