Accessibility links

Asiyada sunaminin 10-cu ildönümü qeyd edilir


Bütün Asiyada 200 min nəfərin ölümünə səbəb olan Hind Okeanı sunamisinin 10-cü ildönümü ilə əlaqəli sahillərdə anım mərasimləri, sükut dəqiqələri və dini ibadət mərasimləri keçirilir.

Böyük dalğa Hind Okeanı sahilində yerləşən bir sıra ölkəyə zərər verib. Miladdan bir gün sonra baş verən bu hadisə nəticəsində bütöv sahil icmaları dağılıb, orada yaşayan ailələr məhv olub, daha sonra turistlərlə dolu çimərlikləri dağıdıb.

Bu fəlakət 9.1 gücündə olan zəlzələ nəticəsində baş verib. Zəlzələ nəticəsində böyük dalğalar çox yüksək sürətlə Şərqi Afrikaya qədər bütün Hind Okeanı boyu dağıntıya səbəb olub. Zəlcələ elə güclü olub ki, nəticədə Yer kürəsinin oxu bir neçə santimetr tərpənib.

Ən çox zərər görən yer isə İndoneziyanın Aceh vilayəti olub. Acehdə cümə günü anım mərasim keçirilib. İndoneziyanın vitse-prezidenti Yusuf Kalla bu fəlakətdən sonra dünya xalqlarının birlik əldə etdiyini deyib:“Bu anım mərasimi sadəcə sunamidə həyatını itirənlərə dua edib və dünya xalqlarına təşəkkür etmək üçün deyil, bu həm də bizim bir problemi həll etmək yolunu öyrənmək üçündür. Sunamidən aldığımız dərs isə insanların necə bir araya gəlib, çətin bir problemi həll etmələri oldu.”

Sunaminin zərər verdiyi bəzi regionlarda hələ də bərpa işləri aparılır. Regionlara yardım və yenidənqurma işləri üçün 13 milyard yardım toplanıb.

Sunami Acehdəki separatçı üsyançıların orada yenidən bir həyat qurmaqları üçün silahlarını yerə qoymasına səbəb olub.Fəlakət 30 ildir İndoneziyaya 15 min insan həyatı bahasına başa gələn qiyamın başa çatmasına yardım edib.

İndoneziya 160 min insanın ölümü ilə sunamidən ən çox zəzər çəkən ölkə olub. Tailand və Şri-Lankada da minlərlə insan həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG