Accessibility links

2012-ci il Şimali Asiya ölkələri üçün gərginliklər ili olub


ແຜນທີ່ຍີ່ປຸ່ນ
ແຜນທີ່ຍີ່ປຸ່ນ
2012-ci il Şimali Asiya ölkələri üçün gərginliklər ili olub. Belə ki, Yaponiya, Çin və Cənubi Koreya arasında ərazi münaqişəsi dərinləşib. Regionun liderlərini 2013-cü ildə bu ölkələrin münasibətləri düşündürür. Çin Yaponiyanın nəzarətində olan adalar yaxınlığına bu ərazilərin qədim Çin torpaqları olduğu iddiası ilə gəmilərini göndərməkdə davam edir.

Cənubi Koreya da eyni iddia ilə çıxış edir. Seul bundan əlavə Sarı Dənizdə şimal sərhədlərə nəzarət rejimini gücləndirib. Bu isə Pxenyan tərəfindən hiddətlə qaşılanır.

Dekabr seçkiləri Şinzo Abeni Yaponiyanın baş nazir vəzifəsinə gətirdi. Pekin Pxenyan, Seul və Tokionun liderliyində dəyişikliklərin düşmənçiliyi dərinləşdircəyinə dair qorxulara yol açıb.

Avrasiya qrupunun məsləhətçisi Jun Okumura hərbi təcavüz dövrünün qayıdacağını deyir. “Burada populist əhval-ruhiyyəsi hökm sürür. Lakin bu, Çin, Cənubi Koreya , hətta ABŞ-da olduğundan fərqli bir populizmdir. Bu da çox sürpriz və artmaqda olan titrəyiş mahiyyəti daşıyır.”

Abe bu yaxınlarda Yaponiyanın ABŞ-ın təsiri altında İkinci Dünya Müharibəsindən sonra qəbul edilən pacifist konstitusiyanın dəyişdirilməsinə çağırıb. Konstitusiyanın 9-cu maddəsi Yaponiyanın normal ordu yaratmasını yasaqlayır. Hazırkı konstitusiya Yaponiyanın yalnız özünümüdafiə qüvvələrinə malik olmasını nəzərdə tutur. Bir çoxları Şimali Koreya və Çinin təhlükələrinin artmasına görə Yaponiyanın orduya ehtiyacı olduğunu düşünür.

Şimali Koreyanın liderinin vəfatı onun oğlu Kim Conq Unu hakimiyyətə gətirib. Atasının izləri ilə gedən Kim ballestik raket istehsalına görə ölkəsinə qarşı tətbiq edilən beynəlxalq sanksiyaların əleyhinə gedir. Aprel ayında üçmərhələli cəhdləri boşa çıxdıqdan sonra Şimali Koreya dekabrın ortalarında orbitə satellit yerləşdirməyə nail olub. Bu onu 2013-cü ilin əvvəllərində yeni sanksiyalarla üzləşdirəcək.

Lakin sabiq Yaponiya səfiri Kazuhiko Toqo hesab edir ki, Şimala başqa səmtdən yanaşılmalıdır. “Biz Şimali Koreyaya qarşı çox sanksiyalar tətbiq etmişik. Yaponiyanın o ölkəyə qarşı siyasəti ən kəskin siyasətdir. Düşünürəm ki, başqa bir yol tapmaq, bu ölkə ilə danışmaq lazımdır.”

Cənubi Koreyanın yeni prezidenti xanım Park Şimala humanitar yardım göndərməli olacaq. Milli Seul Univesitetinin professoru Çun Çay Sung: “Çinin Şimali Koreya ilə tərəfdaşlığına baxmayaraq, Çin Cənubla əməkdaşlıq edəcək. Əgər biz uzunmüddətli yol xəritəsi əldə edə bilsək, Çin biz və regionun dogər ölkələrinə qoşulacaq. Biz Çinin ABŞ-ın mühüm partnyoru olduğunu bilirik. Məhz bu, bizim nailiyyətimizə yardım edəcək.”

Həm Tokio, həm də Seulun yeni liderlərinin prioriteti daxili iqtisadiyyat olacaq. Abe yenin deflyasiyasına son qoymağa, Park isə qazanclar arasında yaranan uçurumu aradan qaldırmağa çalışacaq.
XS
SM
MD
LG