Accessibility links

Aslan Sultani: Təbriz və Tehran arasında dərin bir etimadsızlıq var [Audio-Müsahibə]


Aslan Sultani
Aslan Sultani

Aslan Sultani Təbrizlə mərkəz arasında olan dərin etimadsızlıq, habelə İslam Respublikasına düzgün alternativlərin mövcud olmamasını, Azərbaycan şəhərlərinin İranda cərəyan edən etirazlara qoşulmamasının əsas səbəbləri olaraq hesab edir. İsveçdə yaşayan türk fəal Amerikanın Səsi ilə söhbətdə ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyaların təsirini şərh edib.

Aslan Sultani Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:00 0:00

İranda iqtisadi durumun get-gedə pisləşdiyinə diqqət çəkən Sultani etnik icmaların yaşadığı vilayətlərdə vəziyyətin daha bərbad olduğunu ifadə edir.

Dövlət artıq qeyri-fars bölgələrdə fəaliyyət göstərən zavodlara verdiyi subsidiyaları azaldır və bəzən kəsir.

“İranda pul axımı əsas üç-dörd böyük şəhərədir. Birincisi Tehran. Büdcənin çoxu oraya gedir. Sonra İsfahan, Məşhəd və Şiraz kimi şəhərlər. Təbrizi 5-ci ya 6-cı sıraya hətta Kərəcdən sonraya qoya bilərik... Bəziləri deyir, türklərin vəziyyəti yaxşıdır ki, ən azından Təbriz İranın 5-ci ya 6-cı şəhəri sayılır. Bunlar buna baxmırlar ki, Təbriz son 100 ildə haradan haraya gəlib,” o, söyləyir.

Aslan Sultanı deyir ki, “İranın çevrəsində yaşayan etnik icmalar müstəmləkələşdirilib və [sərvətləri] mərkəzə aparılıb. Qeyri fars millətlər, o cümlədən türklər, kürdlər, ərəblər, bəluçlar və türkmənlər bu zülmü həmişə hiss ediblər.”

Etirazçılar Tehran bazarında şüarlar səsləndirir. 25 iyun, 2018.
Etirazçılar Tehran bazarında şüarlar səsləndirir. 25 iyun, 2018.

Onun sözlərinə görə, İranda iqtisadiyyatın çöküşünün ilk əlamətləri də qeyri-fars bölgələrdə görünməkdədir:

“İndiki vəziyyətdə də görürük ki, dövlət artıq qeyri-fars bölgələrdə fəaliyyət göstərən zavodlara verdiyi subsidiyaları azaldır və bəzən kəsir. Hətta idman klubları və müxtəlif zavodları satışa çıxarır. Bunlar hamısı iqtisadiyyatın çöküşünün əlamətləridir. Təbii ki bu çöküş də qeyri-fars bölgələrdə başlayır. Çünki, hakimiyyət bunlara ögey gözü ilə baxır.”

İkinci önəmli faktor da budur ki, bu rejimin devrilməsi təqdirdə, onun yerinə gələmək üçün həm Qərb tərəfindən dəstəklənən, həm də medianın irəli sürdüyü alternativlər uyğun deyillər.

Azərbaycan vilayətlərinin bu vəziyyətə baxmayaraq İranda cərəyan edən etirazlara geniş şəkildə qatılmamasının əsas səbəbləri, Aslan Sultaninin fikrincə, Təbriz ilə mərkəz arasındakı dərin etimadsızlıq, habelə düzgün hakimiyyət alternativlərinin mövcud olmamasıdır.

“Sual verirlər ki, Azərbaycan niyə qatılmır? Türklər niyə lazımi qədər qatılmır? Mən bunu iki faktora bağlayıram. Birincisi bu ki, xüsusilə Azərbaycanın düşünən beyni olan Təbriz və mərkəz arasında böyük bir etimadsızlıq divarı var. İkinci önəmli faktor da budur ki, bu rejimin devrilməsi təqdirdə, onun yerinə gələmək üçün həm Qərb tərəfindən dəstəklənən, həm də medianın irəli sürdüyü alternativlər uyğun deyillər,” türk fəal əlavə edir.

XS
SM
MD
LG