Accessibility links

"Erməni xalqında böyük ümid yaranıb" [Video-Müsahibə]


"Etiraz dalğası 20 nəfərlə başladı"
please wait

No media source currently available

0:00 0:18:07 0:00

İxtisasca şərqşünas olan və Yerevandakı Amerika Universitetində Azərbaycan dili müəllimi işləyən Aşot Movsisyan Ermənistanda baş verən siyasi dəyişikliklərlə bağlı Amerikanın Səsinə müsahibə verib.

Movsisyanın sözlərinə görə, aksiyanın başlamasının ən böyük səbəbi 2015-ci ildə keçirilən referendum zamanı Serj Sarkisyanın baş nazir olmayacağı ilə bağlı verdiyi söz idi.

Sarkisyan ölkənin rəhbəri olmayacağına söz vermişdi.

“2015-ci ildə referendum keçirilərək Ermənistan konstitusiyası dəyişildi və ölkə parlament respublikasına çevrildi. Referendum keçiriləndə keçmiş prezident Serj Sarkisyan bəyan etmişdi ki, ölkənin rəhbərliyi postuna iddia etməyəcək, prezident və ya baş nazir olmayacaq. Lakin aprel ayında hakim partiya Serj Sarkisyanı baş nazir etmək qərarı xalqın kəskin etirazına səbəb oldu.”

Ermənilər baş nazir Serj Sarkisyanın istefasını bayram edir.
Ermənilər baş nazir Serj Sarkisyanın istefasını bayram edir.

Aşot Movisyan bildirir ki, etiraz aksiyası iki ayrı-ayrı qrup olaraq başlasa da, daha sonra bu qruplar birləşərək paytaxtın ən böyük meydanına toplaşıblar.

Hər şey cəmi 20 nəfərlə başladı.

“Ermənistanda iki ayrı-ayrılıqda fəallar qrupu yaradıldı - “Sarkisyana yox deyək” və “Mənim addımım”. ”Mənim addımım” qrupu aksiyası başlayarkən cəmi 20 nəfər idi. Onlar Ermənistanın şimalındakı Gümrü şəhərindən Yerevana doğru hərəkət etməyə başladılar. Daha sonra onların ideyalarına inanan insanlar da onlara qoşuldu. Beləcə Respublika meydanın 100 mindən çox insan toplandı.”

Ermənistanda məxməri inqilabın başlayıb. Amma bu inqilabın sonu daha maraqlıdır.

İxtisasca şərqşünas olan cənab Movisyan əlavə edir ki, əvvəlcə hökümətlə müxalifət arasında danışıqlar aparılmasına və kompromisə gəlinməyə çalışılsa da müxalifətin öz tələblərindən geri çəkilməməsi Sarkisyanı istefa verməyə məcbur etdi.

“Onlar komprimisə gəlməyə çalışsa da müxalifət öz tələblərindən geri çəkilmədi. Artıq Sarkisyan başa düşdü ki, bu vəziyyət davam etdikcə qan axacaq. Əgər qan axsa idi nəinki tək Sarkisyanın hakimiyyəti, ümumiyyətlə onun təmsil etdiyi Respublikaçıların hakimiyyəti davam edə bilməyəcəkdi. Hökümət və polis aksiyanın dinc xarakterinin başa düşərək güc tətbiq etməməklə müdrik davrandı. Bundan əlavə Ermənistan müdafiə nazirliyi əvvəldən bildirmişdi ki, xahiş edirik ordunu bu prosesə qatmayın."

Müxalifət lideri Nikol Paşinyan baş nazir Sarksiyanın istefasında israr nümayiş etdirdi.
Müxalifət lideri Nikol Paşinyan baş nazir Sarksiyanın istefasında israr nümayiş etdirdi.

Sarkisyanın hakimiyyətdən getməsi dövlətimizin imicinə xidmət edən addım idi.

Aşot Movisyan qeyd edir ki, hadisələrin sonrakı gedişiatı daha maraqlı olacaq.

“Aksiyalar başlayarkən əsas tələb Serj Sarkisyanın istefa verməsi idi. Elə düşünülür ki, müxalifət indiki baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanın baş nazir postuna seçilməsinə razı olacaq. Ancaq aksiyanı təşkil edənlər onların arxasınca xalqın böyük dəstəyini gördükdən sonra daha sərt tələblər irəli sürməyə başlayıblar. Mitinqə rəhbərlik edən Nikol Paşinyan bildirib ki, növbəti addımımız növbədənkənar parlament seçkilərinin keçirilməsi olmalıdır.”

Küçələrə çıxmış xalqda görünməmiş bir sevinc yaşanılır.

Cənab Movsisyan bildirir ki, Serj Sarkisyanın istefa verməsini xalq milli bayram kimi qeyd edir.

“Xalq deyir ki, elə bil yeni ildir, bayramdır. Xalqda Sarkisyanın getməsi ilə böyük ümid yaranıb və dövlətimizin daha demokratik olmasını istəyir. Hazırda Ermənistanın ən böyük meydanı olan 'Respublika' meydanında insanlar mitinqlər keçirərək qələbəni milli bayram kimi qeyd edir.”

XS
SM
MD
LG