Accessibility links

AŞPA Rusiyanın quruma qayıtmasına icazə verə bilər


Avropa Şurası Parlament Assambelyası Rusiyanın bu quruma qayıtmasına icazə verə bilər. İyunun 24-də AŞPA-nın yay sessiyasının ilk günündə bununla bağlı səsvermə keçiriləcək.

2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edən, Ukraynanın şərqində separatçılara dəstəkləməyə başlayan Rusiya Strasburqdakı qurum tərəfindən səsvermə hüququndan məhrum edilmişdi.

Bu gün yerli vaxtla axşam 7-də AŞPA-nın səsverməyə çıxaracağı hesabatda assambleyanın gələcəkdə Rusiyaya tətbiq olunmuş sanksiyalara oxşar qadağalar qoymaq qabiliyyətinin məhdudlaşdırılması nəzərdə tutulur. Bundan sonra Rusiya dərhal quruma qayıda bilər.

Almaniyanın Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron Rusiyanın AŞPA-ya qaytarılmasını dəstəkləyir. Onların fikrincə, dialoqdan ötrü Rusiyanın qurumda olması daha yaxşıdır, hətta bəzi məsələlər üzrə fikir ayrılığı olsa belə.

Ukrayna isə bu addıma qarşıdır.

“Rusiya Krıma girdiyi kimi, yuvarlanaraq AŞPA-ya da girməyi planlaşdırır – o, cəzasız qalır, təkəbbürlü davranır, dirəniş görmür”, Ukraynanın Avstriyadakı səfiri Oleksandr Scherba iyunun 24-də tvitində yazıb.

Avropa Şurası nazirlərinin mayda qəbul etdiyi birgə bəyannamə də Rusiyanın qitənin əsas insan haqları təşkilatına yolunu açır.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG