Accessibility links

Deputatlar AŞPA sədrindən Suriya səfəri barədə açıqlama tələb edib


Pedro Aqramunt
Pedro Aqramunt

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramuntla bağlı qurumun bu gün açılan sessiyasında qalmaqal yaranıb.

Belə ki, bir ay öncə Aqramunt Suriyaya səfər edib və Rusiyanın Xmeymim bazasına baş çəkib, sonra Əsədlə görüşüb. Aqramuntun bu hərəkəti bir çox AŞPA üzvlərinin etirazına səbəb olub və sessiyanın açılışında bununla bağlı ondan açıqlama tələb ediblər.

Aqramunt səhvə görə üzr istəyib. O, Rusiya KİV-ni onun səfərindən öz məqsədi üçün istifadə etməkdə suçlayıb. Bu barədə Turan agentliyi məlumat yayıb.

Ancaq bu, AŞPA üzvlərini qane etməyib. Onlar Aqramuntun öz hərəkəti ilə bağlı açıqlama verməsi üçün xüsusi iclasın keçirilməsini tələb ediblər. Aqramunt bu məsələyə AŞPA bürosunda baxılması üçün onları razı salmağa çalışıb. Ancaq müxtəlif ölkələrdən olan deputatlar və qruplar ayağa qalxaraq deyiblər ki, “ya səfərə aydınlıq gətirilməsi ilə bağlı dinləmələrə razı olmalısınız, ya da elə buradaca sizə etimadsızlıq məsələsini qaldırmaq lazımdır”.

Bu bəyanatlar o qədər sərt olub ki, Aqramunt 10 dəqiqəlik fasilə elan edib, ancaq 10 dəqiqədən sonra sədrlik kürsüsünə qayıtmayıb.

Kürsünü tutan AŞPA-nın vitse-prezidentlərindən biri, britaniyalı Rocer Geyl deyib ki, Aqramuntun faktiki olaraq dindirilməsi ilə bağlı dinləmələr sabah olacaq, hələlik iclası o idarə edəcək.

Qeyd edək ki, Aqramunt bundan öncə Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi olub. Onun fəaliyyəti bir sıra yerli hüquq müdafiəçilərinin narazılığına səbəb olub. Onlar Aqramuntu Azərbaycanda insan hüquqlarnın pozulması faktlarının gizlədilməsində ittiham ediblər.

Bir ay öncə AŞPA baş katibi Yaqland da Aqramunta qarşı çıxıb. O 2013-cü ildə digər deputat Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslara dair hesabatının baş tutmaması üçün Azərbaycan nümayəndələrinin italiyalı deputat Volonteyə rüşvət verməsi faktının araşdırılmasından imtina etməsindən qəzəblənib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG