Accessibility links

Mikele Nikoletti AŞPA-nin yeni prezidenti seçilib


Mikele Nikoletti

İtaliyalı deputat Mikele Nikoletti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti vəzifəsinə təsdiq edilib.

Amerikanın Səsinin Strasburqdakı müxbirnin məlumatına görə, o bu vəzifəyə AŞPA-nın yanvarın 22-də başlayan qış sessiyasının ilk günündə təsdiq olunub. M.Nikoletti yeganə namizəd olub və bu səbəbdən səsvermə keçirilməyib.

Mikele Nikoletti 19 noyabr 1956-cı ildə İtaliyanın Trente şəhərində anadan olub. O, Trente, İnnsburck və Boloniya universitetlərində elmi tədqiqat işləri aparıb, fəxri müəllim vəzifəsində çalışıb. Boloniya Universitetinin doktorudur. Onun elmi işləri siyasətin nəzəriyyəsi və etikasına həsr edilib.

M.Nikoletti İtaliyanın AŞPA-dakı nümayəndə heyətinin və sosialistlər qrupunun rəhbəridir. O, 2013-cü ildən Parlament Assambleyasının üzvüdür. 2014-cü ildən AŞPA-da İtaliyanın nümayəndə heyətinə rəhbərlik edir, 2016-cı ildən isə Sosialistlər Qrupunun rəhbəridir.

Qeyd edək ki, ötən il oktyabrın 6-da Pedro Aqramunt səhhətində yaranan problemlə əlaqədar AŞPA prezidenti vəzifəsindən könüllü istefa verib.

Azərbaycan Milli Məclisinin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da AŞPA-nin vitse-prezidenti seçilib.

AŞPA-nın 18 vitse-prezidenti var.

Sessiyanın ilk günü AŞPA-nın prezident, vitse-prezidentləri və qurumun insan haqları üzrə komissarı seçiləcək.

Avropa Şurası Parlament Assambleyası
Avropa Şurası Parlament Assambleyası

"Konfliktlər və onların humanitar fəsadları” mövzusuna həsr edilmiş sessiya çərçivəsində Avropadakı münaqişələr, bu konfliktlərdən əziyyət çəkən insanların yaşadığı çətinliklər, Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya ilə mübarizədə Avropa Şurasının və digər əlaqədar qurumların rolu məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Yanvarın 24-də AŞPA-nin sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı gözlənilir.

Eyni zamanda, Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı təhdidlər, internet media və jurnalist fəaliyyətində hesababtlılıq və çağırışlar, kiber ayrı-seçkilik və internet vasitəsilə nifrət çıxışlarına son qoyulması kimi mövzular da sessiyanın gündəliyinə daxil edilib. Assambleya, həmçinin ölkələr üzrə monitorinq mexanizmlərinin inkişafı məsələlərinə də diqqət yetirəcək.

XS
SM
MD
LG