Accessibility links

AŞPA Azərbaycanı jurnalistlərin təqibinə son qoymağa çağırıb


AŞPA
AŞPA

Yanvarın 29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Avropa ölkələrində media azadlığı və jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı vəziyyət haqqında qətnamə qəbul edilib.

Sənəddə Avropa Şurası ölkələrinin hakimiyyətlərinə jurnalistlərin fəaliyyəti üçün təhlükəsiz şəraitin təmin edilməsi üzrə addımlar atmaq çağırışı yer alır.

Qətnamədə Azərbaycandakı əlverişsiz vəziyyət ayrıca vurğulanır.

Xüsusən, ölkənin ali rəhbərliyinin korrupsiya faktlarını araşdıran və həbs edilmiş jurnalist Xədicə İsmayılovanın adı çəkilir. Qətnamədə Bakı onu və digər jurnalistləri azad etməyə və onların təqibinə son qoymağa çağırılır.

Bundan başqa, qətlə yetirilmiş mətbuat işçiləri arasında qatilləri indiyədək tapılmamış jurnalistlər Elmar Hüseynovun və Rafiq Tağının adı çəkilir.

AŞPA Bakını təqsirsizlik prezumpsiyasına və ifadə azadlığına hörmət etməyə çağırıb.

Xatırladaq ki, sənəd Xorvatiyalı deputat Qvojden Fleqo tərəfindən hazırlanıb.

XS
SM
MD
LG