Accessibility links

Aspirin xərçəng xəstəliyinin bəzi formalarının qarşısını ala bilir


Aspirin xərçəng xəstəliyinin bəzi formalarının qarşısını ala bilir
Aspirin xərçəng xəstəliyinin bəzi formalarının qarşısını ala bilir

Aspirin qeyri adi faydası olan preparatdır

Aspirin qeyri adi faydası olan preparatdır. Aspirin dünyada ən çox istifadə olunan dərmandır. Yeni araşdırmaların nəticələrindən aydın olub ki, ən aşağı dozada, 80 milliqram aspirin ölümlə nəticələnən xərçəng xəstəliyinin bəzi formalarının qarşısını ala bilir.

Aspirin preparatı üzrə araşdırmalar 25 000 insan üzərində aparılıb. Ürək xəstəliyinin qarşısını almaq üçün həmin insanlara hər gün aşağı dozalı aspirin verilib. Araşdırmalar zamanı aspirinin digər təsirləri də aşkar edilib. Bunlardan biri aspirinin bəzi xərçəng formalarını azltması olub. Bu sahədə aparılan bir sıra araşdırmalardan birində Britaniyadakı Oksford universitetindən həkim Piter Rozveld iştirak edib. Doktor Rozvelt deyib ki, 5, 6, 7 il aspirin qəbul edən insanlarda xərçəng xəstəliyi riskinin 25 faizə qədər azaldığı müəyyən edilib.

Başqa sözlə, azı 4 il müddətində aşağı dozalı aspirin qəbul edən 1000 insandan 23-ü xərçəng xəstəliyindən dünyasını dəyişib. Araşdırmalar hər gün aşağı dozalı aspirin qəbul etməyən 1000 insandan 30-nun öldüyünü göstərib ki, bu da müqayisədə daha çoxdur. Bu dərman əsasən bağırsaq və ağ ciyər xərçənginin qarşısının alımnasında müsbət rol oynayıb.

Həkimlər aspirin preparatının müsbət təsirləri olduğu kimi mənfi təsirlərinin də olduğunu deyirlər. Vaşinqton Xəstəxanalar Mərkəzindən xərçəng xəstəliyi üzrə mütəxəssis doctor Elmir Hoerta hər kəsin istədiyi vaxt, özbaşına aspirin qəbuil etməsinin əleyhinədir. “Bir qrup insan aspirinin yan təsirlərinə daha həssasdır. Onlarda qastrit və mədə yarası əmələ gəlir ki, bu da qanaxmaya səbəb olur” - deyə, o bildirir.

Doktor Hoerta aspirinin istənilən vaxt qənbul edilməməsinin başqa səbəblərinin də olduğunu deyir. O, aspirinin digər dərmanlar qəbul edən insanlara pis təsir edə biləcəyini deyir və əsasən də artıq xərçəng xəstəliyinə tutulmuş insanların həkimin məsləhəti olmadan bu preparatı qəbul etməyi məsləhət görmür.

XS
SM
MD
LG