Suriya prezidenti Bəşar Əl-Əsəd müxalifət qrupları ilə Qazaxıstanın paytaxtı Astana şəhərində sülh danışıqlarına hazır olduğunu deyib.
Bu gün SANA agentliyinin yaydığı məlumata görə, Suriya prezidenti bunu fransalı jurnalistlərə müsahibəsində deyib.
Ankara və Moskvanın vasitəçiliyi ilə keçiriləcək danışıqların baş tutub-tutmayacağı hələ də sual altındadır. Buna səbəb Suriya müxalif qruplarının danışıqlarda iştiraka dair hələlik razılıq bildirməməsidir.
Buna baxmayaraq Ankara və Moskvanın vasitəçiliyi ilə keçiriləcək danışıqların baş tutub-tutmayacağı hələ də sual altındadır. Buna səbəb Suriya müxalif qruplarının danışıqlarda iştiraka dair hələlik razılıq bildirməməsidir.
Rusiya, Türkiyə və İran Astanada sülh danışıqları aparılmasını təklif ediblər və ötən həftə danışıqlar prosesi ilə bağlı razılıq əldə olub.
Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlunun sözlərinə görə, danışıqlar yanvarın 23-də başlaya bilər.
Bəşar Əl-Əsəd isə bildirib ki, danışıqların uğuru, müxalifətin onda necə iştirak etməsindən asılı olacaq.
Gələcəkdə prezidentlik uğrunda mübarizə aparmasının mümkünlüyünə gəldikdə isə Əsəd deyib ki, bu Suriya xalqının iradəsindən asılıdır.
BMT-nin hesablamalarına görə, 5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 300 minə yaxın insan həlak olub.