Accessibility links

WikiLeaks saytının təsisçisi kitab yazmağa başlayır


WikiLeaks saytının təsisçisi kitab yazmağa başlayır
WikiLeaks saytının təsisçisi kitab yazmağa başlayır

WikiLeaks saytının təsisçisi culian Assanj kitab yazmaq üçün özünə 1.5 milyon dollarlıq qonorar təmin edir. O, kitabın əlyazmasını 2011-ci ilin mart ayına qədər təhvil verməyə söz verib. Britaniyanın Sunday Times qəzetinə veridyi müsahibədə Assanj kitab yazmaq niyyətində olmadığını, lakin hüquqi xərcləri ödəmək və mübahisələr doğurmuş veb səhifəsini saxlamaq üçün bunu etməyə məcbur olduğunu deyib. Mətbuat xəbərlərinə əsasən, Amerika nəşriyyat evi Alfred A.Knof və Britaniyanın nəşriyyat evi Canongate tərcümeyi-hal kitabına görə Assanja 1.3 milyon dollar məbləğində qonorar ödəyəcək. Assanjın başqa yerlərdən də əlavə pul alacağı bildirilir. Məxfi sənədləri açıqladığına görə dünya liderlərini qəzəbləndirmiş Assanj hazırda Britaniyada tərəfdarlarının birinin evində qalaraq, zorlama ittihamları ilə bağlı dinləmələrdə iştirak etmək üçün İsveçə təhvil veriləcəyini gözləyir.

XS
SM
MD
LG