Accessibility links

Culian Assanjın ekstradisiya dinləmələrinə start verilib


Bu gün, fevralın 24-də ABŞ-ın tələbi ilə WikiLeaks-in təsisçisi Culian Assanjın ekstradisiya dinləmələrinə start verilib.

Məhkəmə prosesində hakim Amerikanı təmsil edən vəkillərin iddialarını dinləyir.

Casusluq və hakerlikdə ittiham edilən Assanj Dövlət Departamenti və Pentaqonun ABŞ-ın İraq və Əfqanıstandakı hərbi əməliyyatları barədə məxfi məlumatlarını açıqlamaqda günahlandırılır.

Assanj ilk dəfə 2010-cu ildə Londonda İsveçin tələbi ilə həbs edilmişdi. O zaman o, iki qadının zorlanması və seksual təcavüzdə ittiham edilmişdi.

2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj o ölkədən siyasi sığınacaq ala bilməmiş və Britaniyaya təhvil verilmişdi.

O vaxtdan bəri Assanj xüsusi rejimli həbsxanada saxlanılır.








Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG