Accessibility links

Suriyada sülhün bərpası üçün Astana danışıqları davam etdiriləcək


Suriyada sülhün bərpası üçün Astanada fevralın 15-i və 16-da keçiriləcək danışıqlara Suriya hakimiyyəti, silahlı müxalifəti, BMT-nin bu ölkə üzrə xüsusi səfiri Staffan de Mistura və amerikalı müşahidəçilər də dəvət olunub.

Qazaxıstan XİN-in yaydığı məlumata görə, danışıqlarda əsas məsələ atəşkəsin bərpası və Suriyanın bölgələrində stabillik yaradılması üçün konkret tədbirlər görülməsi olacaq.

Danışıqlara Əsəd rejimini müdafiə edən Rusiya vasitəçilik edəcək. Türkiyə yardımçı vasitəçidir.

Fevralın 20-də Cenevrədə də Suriya böhranı ilə bağlı danışıqlar keçiriləcək.

BMT-nin məlumatına görə, 6 ildir davam edən silahlı münaqişədə Suriyada 300 mindən çox adam ölüb.

XS
SM
MD
LG