Accessibility links

Astanada Azərbaycanla bağlı qərar sabah veriləcək


"Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" üzrə beynəlxalq rəhbər komitənin iclası
"Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" üzrə beynəlxalq rəhbər komitənin iclası

Oktyabrın 25-də Astanada "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" (MSŞT) üzrə beynəlxalq rəhbər komitənin 35-ci iclası işinə başlayıb. Bu barədə Astanada keçirilən toplantıda iştirak edən “Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyasının rəhbəri Qubad İbadoğlu Facebook səhifəsində yazıb.

Toplantıda “Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Beynəlxalq Təşəbbüs”ün İdarə Heyəti Azərbaycanın islahedici tədbirlər planını yerinə yetirməsi ilə bağlı qiymətləndirmə aparacaq və ölkənin üzvlük statusu məsələsinə baxacaq. Bir il öncə “Beynəlxalq Təşəbbüs” Azərbaycanın üzvlük statusunu namizədlik statusuna endirib və islahedici tədbirlər planı təqdim edib. İslahedici tədbirlər planı əsasən koalisiyaya daxil olan QHT-lərlə bağlıdır.

Belə ki, koalisiyaya daxil olan QHT-lərin bəzilərinin bank hesablarına həbs qoyulmuçşdu, bir çoxları aldıqları qrantları icra edə bilmirdi, bir qism QHT rəhbərləri hava limanında xüsusi yoxlanırdı, bəzi QHTrəhbərlərinin xaricə çıxşına qadağa qoyulmuşdu, bəzi QHT-lər istintaqa cəlb edimişdi, rəhbərləri həbs edilmişdi və sairə. İslahedici tədbirlər planı bütün bu və digər problemlərin həlli ilə bağlı Azərbaycan hökumöətinin üzərinə öhdəlik qoyur. Koalisiyaya daxil olan bir qism QHT-lər hökumətin islahedici tədbirlər planının əksər hissəsini yerinə yetirdiyini desə də digər qismi tədbirlər palnının tam yerinəı yetirilmədiyini iddia edir.

Qubad İbadoğlunun sözlərinə görə, Astana toplantısında Azərbaycanla bağlı müzakirələrin olduğunu nəzərə alaraq Neft Fondunun icraçı direktoru,” Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə komissiyanın sədri Şahmar Mövsümovun başçılığı ilə hökümət nümayəndə heyəti də iclasa qatılıb.

"Hazırkı müzakirə Azərbaycanın MSŞT-dəki öhdəliklərinin qiymətləndirilməsinə həsr olunub. Bu istiqamətdə müzakirələr bu gün başlasa da müvafiq qərar sabah veriləcək”, o qeyd edib.

XS
SM
MD
LG