Accessibility links

Hesabat: Ukrayna müharibəsində ən azı 50 min rus həlak olub


Rusiyanın müstəqil media orqanı Rusiyanın Ukraynada tam-miqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiyanın hərbi personalı arasında 50 mindən çox ölüm halını sənədləşdirib və daha on minlərlə insanın öldüyünə inanır.

Açıq mənbələr tərəfindən qeydə alınan ölüm hallarına əsaslanaraq BBC ilə Rusiyanın müharibədəki itkilərini izləyən Mediazona, son hesabatında 2022-ci ilin fevral ayında başlayan müharibədə Rusiya ordusunun 50 471 üzvünün öldüyünü bildirib.

Mediazona-nın məlumatına görə, həlak olan əsgələrin vərəsəlik işlərinin sayına əsasən, Rusiya ordusunun 85 mindən çox üzvü həlak olub.

“Biz ordu və digər təhlüksizlik qüvvələrinin 3300-dən çox zabitinin adını bilirik. Onlardan 390-I polkovnik leytenant və yuxarı rütbəyə malikdir,” Mediazona yazıb.

“Ölənlərin həqiqi sayı vərəsəlik işlərinin reyestrinə əsasən hesablanır və 2024-cü il martın 15-nə olan məlumata görə — təqribən 85 000 nəfərdir”.

Media orqanı həmçinin birldirib ki, Rusiya son həftələrdə çox sayda tank, zirehli personal daşıyıcısı və artilleriya bölmələrini itirib, ancaq bununla əlaqədar ölüm sayı yeni rəqəmlərə daxil edilməyib.

Mediazona-nın dediyinə görə, Rusiya həftədə təxminən 1200 əsgər itirir və ölənlərin əksəriyyəti Rusiyanın Krasnodar və Başqırdıstan bölgələrindəndir.

Ukrayna silahlı qüvvələri Rusiya ordusunun müharibədə ölən və yaralananlar daxil olmaqla 451,730 itki verdiyini təxmin edir, ABŞ və Britaniya kəşfiyyatı isə Rusiyada ölüm hallarının 300 mini keçdiyini bildirir.

Kyiv Rusiyanın 180 mindən çox hərbi qulluqçusunun həlak olduğunu iddia edib.

Rusiya nadir hallarda tələfat sayını açıqlayır. Müharibədən yeddi ay sonra açıqlanan ən son rəqəmlərdə 6000 mindən az nəfərin öldüyü bildirilmişdi.

Ukrayna müharibə başlayandan bəri 31 min əsgərinin öldüyünü bildirib

Forum

XS
SM
MD
LG