Accessibility links

Atatürk hava limanında partlayış baş verib [Videolar]


Atatürk hava limanı
Atatürk hava limanı

Türkiyə rəsmiləri İstanbulun beynəlxalq Atatürk hava limanında iki partlayışın və atışmanın baş verdiyini bildirib. Son məlumatlara əsasən ölənlərin sayı 28-ə, yaralananların sayı isə 60-a çatıb. Xəsarət alanlar arasında 6-nın durumu kritikdir.

Rəsmilər üç şübhəlinin özlərini aeroportun beynəlxalq terminalında partlatdıqlarını deyirlər. Habelə bildirilir ki, polislər şübhəliləri neytrallaşdırmaq cəhdilə onlara atəş açıblar.
Ötən il ərzində Türkiyə bir neçə terror aktına səhnə olub. Bu hücumlar əsasən İŞİD yaxud kürd militantları tərəfindən törədilib.

Televiziyada silahlı polis qüvvələrinin hava limanına yeləşdirildiyini göstərən video görüntülər nümayiş etdirilib.

İstanbul valisi Vasip Şahin hücum edən üç şəxsin öldürüldüyünü xəbər verib.

Ötən il ərzində Türkiyə bir neçə terror aktına səhnə olub. Bu hücumlar əsasən İŞİD yaxud kürd militantları tərəfindən törədilib.

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın üzvü olaraq Türkiyə ABŞ təyyarələrinə öz hava hüdudlarından istifadə edərək İŞİD qüvvələrini Suyriyada və İraqda bombardman etməyə icazə verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG