Accessibility links

ATƏT Ermənistan və Azərbaycanı atəşkəsə əməl etməyə çağırıb


ATƏT-in Minsk qrupunun həmsədrləri (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)
ATƏT-in Minsk qrupunun həmsədrləri (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

ATƏT-in Minsk Qrupu bəyanatında atəşkəs elan edilməsini alqışlayıb

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağda atəşkəs haqda xəbərləri alqışlayıb, Azərbaycan və Ermənistanı dörd gün davam edən toqquşmalardan sonra çərşənbə axşamı əldə edilmiş atəşkəsə əməl etməyə çağırıb.

Minsk Qrupunun həmsədrləri Vyanada keçirdikləri görüşdən sonra verdikləri bəyanatda “davamlı atəşkəsə əsaslanan siyasi prosesə” qayıtmağın əhəmiyyətini vurğulayıblar.

Həmsədrlər eyni zamanda ATƏT-in 57 üzvüvü Dağlıq Qarabağda son hadisələrlə bağlı məlumatlandırıblar. Son günlər baş vermis toqquşmalarda 60-dan çox adamın həyatını itirdiyi bildirilir.

Minsk qrupunun bəyanatında ATƏT nümayəndə heyətinin bu yaxınlarda Dağlıq Qarabağa səfər edəcəyi deyilir.

Berlində hazırda ATƏT-ə sədrlik edən Almaniyanın Xarici İşlər naziri Frank Valter Ştaynmayer döyüşlərin dayandırılması haqda xəbərləri ümidverici adlandıraraq, təşkilatın səylərini dərhal atəşkəs rejiminin sabitləşdirilməsi və yeni gərginliklərin qarşısının alınmasına yönəltməli olduğunu deyib.

Beynəlxalq ictimaiyyət təmas xəttində son toqquşmaları qınayıb və münaqişənin davamlı həllinə nail olmaq üçün danışıqlar proseseinə yenidən başlanmasına çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG