Accessibility links

ATƏT həmsədrləri Ramil Səfərovun əfv olunması ilə bağlı fikirlərini bildiriblər


ATƏT-in Minsk Qrupunun həmsədrləri Fransada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb

Fransa paytaxtı Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye, İqor Popov, Jak Fere və ATƏT-in fəaliyyətdə olan xüsusi nümayəndəsi Andjey Kasprşik sentyabr ayının 2-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla və sentyabr ayının 3-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək, bölgədəki son hadisələr barədə və Dağlıq Qarabağ münaqışəsinin sülh yolu ilə həll olunması səyləri çərçivəsində müzakirələr aparıblar.

Avqust ayının 31-də həmsədrlər hər iki nazirlə 2004-cu ildə Budapeşt şəhərində erməni zabitini qətlə yetirən və Macarıstanda ömürlük həbsə məhkum edilən Azərbaycan zabitinin Azərbaycan hökuməti tərəfindən əfv olunmasını müzakirə diblər. Onlar bu əfvin və cinayətə haqq qazandıra biləcək hər hansı bir cəhdin tərəflər arasında sülh prosesinə və qarşılıqlı inama vurduğu zərərlə bağlı dərin narahatlıqlarını ifadə edib və təəssüf hissi keçirdiklərini bildiriblər.

Həmsədrlər hər iki nazirə bildiriblər ki, öz prezidentlərinin də iyun ayının 19-da Los Kabosda söylədikləri kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolundan başqa heç bir həll yolunun olmadığını təkrar ediblər. Onlar tərəflər arasında əlaqələrin qorunmasına və təzyiqləri azaldaraq sülh prosesində nailiyyət əldə olunması səylərini davam etdirəcəklərini bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG