İran rejiminin azərbaycanlı Səkinə Məhəmmədi Aştiyaninin zina ittihamı ilə daşqalaq edilməklə edam cəzası beynəlxalq ictimaiyyətin təzyiqləri altında təxirə salınmışdı. Lakin bu yaxınlarda onun yenidən edam ediləcəyinə dair məlumat beynəlxalq ictimaiyyətin narahatlıqlarının yenidən baş qaldırmasına səbəb olub.
Britaniyanın xarici işlər naziri Uilliam Hague deyib ki, vəhşilik əlaməti olan daşqalaq hökmü İranı dünyanın gözündən sala bilər. Kanadanın birinci xanımı Maurin Harper Səkinənin işini mənəviyyat və insan ləyaqətinə təhqir adlandırıb.
Fransanın xarici işlər nazirliyinin veb səhifəsində xarici işlər naziri Bernard Kuşner iranlı həmkarı Monuçehr Mottəkiyə zəng edərək,bu qərarın onu dəhşətə gətirdiyini bildirib. Cənab Mottəki isə bu xəbərin həqiqətə uyğun olmadığını və İran rəhbərliyinin Aştiyani ilə bağlı son qərarını vermədiyini deyib.
Səkinə xanımın daşqalaqla edama məhkum edilməsi vəhşilikdən əlavə İran hökumətinin qanunun aliliyinə əhəmiyyət verməməsidir. Fars dilini bilmən Aştiyani məhkəmə prosesinin lap başlanğıcından işin mahiyyətini də başa düşməyib. 2006-cı ildə Səkinə zina ittihamı ilə daşqalaqla edama məhkum olunduqdan sonra yeniyetmə oğlunun gözü qarşısında 99 şallaq cəzası almışdı. Onun məhkəmə işi yenidən qaldırılmış və bu dəfə ona qətl ittihamı irəli sürülmüşdü. Səkinə Aştiyanı bunun ardınca günahını etiraf etməli olmuşdu. O, qətlə məcburiyyət qarşısında əl atdığını etiraf edib. Aştiyaninin vəkili beynəlxalq ictimaiyyətin məsələyə diqqətini çəkmək səylərinə görə İranı tərk etməli olub. Səkinənin bir oğlu və hazırki vəkili həbs edilib.
ABŞ dövlət katibi Hillari Klinton İran rəsmilərinin xanım Aştiyaninin edam ediləcəyinə dair xəbərlərin onu dərindən narahat etdiyini bildirib. Xanım Klinton İran rəsmilərini qadınlar daxil olmaqla , vətəndaşların hüquqlarına hörmək göstərməməkdə günahlandırıb. Ağ evin mətbuat katibi Robert Gibbs Səkinə Aştiyaninin məhkəməsinin şaffaflıqdan uzaq və hökumətin onun ailəsi və vəkilinə qarşı ölçülərinin qəbuledilməz olduğunu bildirib. Cənab Gibb yazlı bəyanatda qeyd edib ki, Səkinənin işi İranda qadınlar da daxil edilməklə, hökumət insan hüquqlarına riayət etmədiyini nümayiş etdirir. Biz İran hökumətini hökmün ləğvinə və Aştiyaninin ədalətlə mühakimə edilməsinə çağırırıq.