Wendy's restoranının yaxınlığında elektroşok pistoletlə hədələyərək, bir afro-amerikalını öldürməkdə şübhəli bilinən ağdərili Atlanta polis zabitinə qarşı qətl də daxil olmaqla, 11 cinayət ittihamı irəli sürülüb.
Polis zabiti Qarret Rolf cümə gecəsi Reyşard Bruksa atəş açaraq öğldürdükdən sonra işdən çıxarılıb.
Hadisə yerinə gələn ikinci bir polis zabiti Devin Brosnan isə inzibati məzuniyyətə göndərilib. O, ağırlaşdırılmış şəraitdə hücumda ittiham olunub.
Fulton mahalının prokuroru Pol Hovard hər iki polisin yaralı Bruksu yerə itələdiklərini və Brosnanın ayağını Bruksun çiynində saxladığını deyib. Prokuror iki dəqiqədən çox bir müddətdə polis zabitlərindən heç birinin Bruksa tibbi yardım göstərmədiyini bildirib.
Tibbi ekspertiza iki dəfə kürəyindən güllə ilə vurulan Bruksun qan itkisi və orqan zədələnməsindən öldüyünü bildirib.
Onun ölümü Wendy`s restoranının yandırılması da daxil edilməklə, Atlantada güclü etirazlara səbəb olub. Reyşard Bruksun ölümündən bir neçə saat sonra Atlanta Polis İdarəsinin rəisi Erika Şilds istefa verib.
Polisin videosunda Rolfun cümə günü avtomobilində yuxuya getmiş və restoranın hərəkət zolağında maneə törədən Bruksla qarşılaşdığı, onların hər ikisinin sakit söhbət söhbət etdiyi və Bruksun polis məmuruna onun işini gördüyünü başa düşdüyünü dediyi kadrlar nümayiş etdirilir.
Brosnan gəldikdən sonra Bruks onun spirtli içki içib-içmədiyini yoxlamaq üçün istifadə edəcəkləri nəfəsalma qurğusunu sındırıb və polis onu qandallamağa çalışarkən qaçmağa çalışıb.