Accessibility links

Birma demokratiya lideri mükafat almaq üçün ABŞ-a səfər edəcək


Aung San Su Çi ABŞ-da Atlantika şurasının Qlobal Vətəndaşlıq mükafatına layiq görülüb

ABŞ-dakı Atlantik şura bildirib ki, Birmada demokratik hərəkatın ldieri Aunq San Su Çi qrupun təsis etdiyi Qlobal Vaətəndaşlıq mükafatını almaq üçün sentyabr ayında Nyu-Yorka səfər edəcək.

Atlantika mərkəzinin nümayəndəsinin bildirdiyinə görə, demokratiya lideri sentyabrın 21-də mükafatın təqdimatı mərasimində şəxsən iştirak edəcək.

Bu, Aung San Su Çinin 1980-ci illərdə BMT-də işlədiyi vaxtdan sonra ABŞ-a ilk səfəri olacaq.

Atlantika mərkəzi Aung San Su Çinin 21-ci əsrdə demokratiya və insan hüquqlarının müdafiəsi uğrunda apardığı mübarizəyə görə mükafata layiq görüldüyünü və Nobel mükafatı laureatının azadlıq və insan ləyaqətinin simvolu olduğunu bildirib.

Dəvət ABŞ-ın yüksək səviyyəli rəsmiləri və biznes liderlərindən ibarət nümayəndə heyətinin investisiya imkanlarının tapılması məqsədilə Birmaya səfəri zamanı edilir.

Aung San Su Çi Qərb ölkələrini Birmaya qarşı sanksiyaların yüngülləşdirilməsi məsələsində ehtiyatlı olmağa çağırıb.

Keçən həftə Birləşmiş Ştatların Birmaya qarşı sanksiyaların götürüldüyünü rəsmən elan etməsi, son 15 ildə ölkəyə ABŞ investisiyalarının axınına yol açmışdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG