Accessibility links

Aunq San Suu Kyinin Kanadanın fəxri vətəndaşlıq statusu ləğv edilə bilər


Kanada qanunvericiləri Myanmanın mülki lideri Aunq San Suu Kyinin fəxri vətəndaşlıq statusunun ləğvinə dair yekdilliklə razılıq əldə edib. Simvolik bir addım olan səsvermə Rohinca müsalmanlarına qarşı cinayətlərlə bağlıdır.

Nümayəndələr Palatsında təsdiq edilən qərarın heç bir təsiri yoxdur. Belə ki, vətəndaşlığın ləğvi Senatın Yuxarı Palatasının da təsdiqini əldə etməlidir. Kyiyə vətəndaşlıq 2007-ci ildə verilmişdi.

Baş nazir Jastin Trudo müxbirlərlə Sanq Suu Kyinin bu şərəfdən məhrum edilməsinin tərəfdarı olduğunu bildirsə də, bunun Rohinca böhranını həll etməyəcəyini deyib.

700 min Rohinca müsəlmanı hökumətin zorakılıqları səbəbi ilə evlərindən digərdin düşüb.

Kanadanın Nümayəndələr Palatası ötən ay Rohinca qaçqınlarına qarşı hücumların soyqırım adlandırılmasına dair yekdilliklər qərar qəbul edib.

XS
SM
MD
LG