Accessibility links

Aureliya Buşe: Azərbaycan Cənubi Qafqazda Fransanın əsas iqtisadi tərəfdaşıdır


Aureliya Buşe
Aureliya Buşe

Azərbaycan və Fransa arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlıq mövcuddur və bu əlaqələrin genişləndirilməsi üçün potensial var. Bu barədə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe bir qrup azərbaycanlı jurnalistlə tanışlıq görüşündə bildirib.

O qeyd edib ki, Azərbaycanda Fransanın 40 şirkəti fəaliyyət göstərir və Fransa Azərbaycanda investisiyalarının səviyyəsinə görə MDB ölkələri arasında ikinci yeri tutur.

“Azərbaycanla ticarət əlaqələrinin həcminə görə MDB ölkələri arasında 7-ci yeri tutur”.

Azərbaycan Cənubi Qafqazda Fransanın əsas iqtisadi tərəfdaşıdır.

Səfir əməkdaşlıq perspektivləri arasında energetika ilə yanaşı, nəqliyyat, şəhər infrastrukturunun yenidən qurulması, turizm, kənd təsərrüfatı, innovasiyanı sadalayıb.

Fransa şirkətləri Bakı metrosunu modernləşdirirlər və müasir İveco avtobuslarının təchizatını təmin ediblər. Fransa ekoloji baxımdan təmiz nəqliyyat növlərinin inkişafında böyük nailiyyətlər əldə edib və bu sahədə əməkdaşlıq müzakirə predmeti ola bilər. Fransanın “Suez” şirkəti “Azərsu” ilə sutəmizləyici texnologiyanın tətbiqində əməkdaşlıq edirlər.

A.Buşe turizm sahəsində də böyük potensialın olduğunu qeyd edib.

Fransanın ərazi islahatları üzrə dövlət katibi Andre Vallini noyabrın 25-26-da Azərbaycanda olacağı zaman bu məsələlər müzakirə mövzusu olacaq.

A.Buşe mədəniyyət və təhsil sahəsində inkişafı razılıqla qeyd edib. Bakıda fransız litseyi fəaliyyət göstərir. Fransız dili öz populyarlığına görə üçüncü xarici dil sayılır. Hazırda Azərbaycanda 80 minə yaxın adam bu dili öyrənir.

Aureliya Buşe “Ayastan” Ümumerməni Fondunun Paris meri Ann İdalqonun hamiliyi ilə Fransada Qarabağa dəstək telemarafonu təşkil etməs barədə jurnalistlərin sualının cavabında deyib ki, “Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır”.

Səfirin sözlərinə görə, prezident İlham Əliyev noyabrın 29-30-da Fransada olacaq. O, BMT-nin iqlim dəyişikliyi üzrə Konvensiyası çərçivəsində keçirilən 21-ci konfransda iştirak edəcək.

O qeyd edib ki, bu, İ.Əliyevin noyabrda Fransaya ikinci səfəri olacaq.

Xatırladaq ki, bundan öncə dövlət başçısı YUNESKO sessiyasında iştirak etmək üçün Fransada işgüzar səfərdə olub.

Səfir onu da deyib ki, Fransa prezidenti Fransua Olland da son ildə iki dəfə Azərbaycanda olub.

“Yüksək səviyyədə qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin dinamik inkişafından xəbər verir”.

Səfir Buşe “Fransa L.Yunusun taleyini Azərbaycan hökumətilə müzakirə edirmi?” sualının cavabında deyib ki, Fransa hökuməti həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun işini diqqətlə izləyir.

Buşe qeyd edib ki, söz azadlığı və insan hüquqları Fransa üçün çox önəmlidir.

L.Yunusa gəlincə, Fransa prezidenti Fransua Olland Bakıya səfəri zamanı onunla görüşüb.

Parisdə onun həyat yoldaşı Arif Yunusun həbsdən buraxılmasından razı qalıblar və L.Yunusla bağlı vəziyyəti izləməyə davam edirlər.

A.Buşez Parisdə törədilən terror aktları ilə bağlı Fransa xalqına göstərilən dəstəyə və həmrəyliyə görə Azərbaycan xalqına və rəhbərliyinə təşəkkürünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG