Accessibility links

Auşvitz əsir düşərgəsindən əşya oğurlayan yeniyetmələr ittihamları qəbul edib


Auşvitz düşərgəsi
Auşvitz düşərgəsi

Polşa rəsmiləri Auşvitzdən əşya oğurlamağa çalışan ziyarətçilərə sərt cəzaralar tətbiq edir

Britaniyalı iki yeniyetmə Polşada nasistlərin keçmiş ölüm düşərgəsi olan Auşvitzdən tarixi əşyaların oğurlanmasına dair ittihamları qəbul edib.

Polşa rəsmiləri deyir ki, məktəb gəzintisində olan yeniyetmələrin üzərində şüşə və metal parçalar, düymələr, və köhnə saç kəsmə avadanlığı tapılıb. Onların bu əşyaları yerdən qazıb çıxardığı deyilir.

Rəsmilər məktəblilərin polis nəzarətindən çıxarıldıqlarını bildirir. İndi isə onlar 10 il həbs cəzasından yayınmaq üçün Polşa prokurorları ilə danışıqlar aparırlar.

“Bu il Auşvitzi 1,5 milyon insanın ziyarət edəcəyi gözlənilir. Gələnlərin özləri üçün buradan hər hansı bir əşya götürməsi ağlasığmazdır. Biz unutmamalıyıq ki, bu yer sadəcə muzey deyil, bura əsasən xatirə memorialıdır,”-deyə Auşvitz muzeyinin sözçüsü bildirib.

Yeniyetmələrin təhsil aldığı məktəbin sözçüsü isə onların dərin təəssüf hissi keçirdiyini bildirib.

Polşa rəsmiləri Auşvitzdən əşya oğurlamağa çalışan ziyarətçilərə sərt cəzaralar tətbiq edir.

Buna ən ciddi nümunə isə İkinci Dünya Müharibəsi zamanı ölüm düşərgəsinə gələn məhbusları salamlayan və üzərində “Əmək Səni Azad Edir” yazılan metalı oğurlamağa çalışan isveçli turistin həbsidir.

Polşanı işğal edən nasistlər Auşvitzdə 1940-1945-ci illər arasında 1 milyondan çox yəhudi və minlərlə müharibə məhbusu, polyak, qaraçı və digər azlıqları qətlə yetirib.

XS
SM
MD
LG