Accessibility links

Austin: Biz Ukraynaya həm qısamüddətli, həm də uzunmüddətli dəstək verəcəyik


ABŞ-ın müdafiə naziri Lloyd Austin
ABŞ-ın müdafiə naziri Lloyd Austin

Pentaqonun rəhbəri Lloyd Austin çərşənbə günü bildirib ki, Birləşmiş Ştatlar Ukraynanı qısamüddətli dövr üçün olduğu kimi, uzunmüddətli dövrdə də dəstəkləyəcək.

Bu açıqlama Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının Kyivə yardım üçün əlavə vəsaiti nəzərdə tutan qanun layihəsinin hələ qəbul etmədiyi bir vaxt verilib.

"Biz Ukraynaya həm qısamüddətli, həm də uzunmüddətli dəstək vermək üçün bütün resurslarımızdan istifadə etməyə davam edəcəyik" - deyə, Austin bildirib.

O vurğulayıb ki, bu gün Ukraynanın hava hücumundan müdafiə sistemlərinə və artilleriya mərmilərinə xüsusilə ciddi ehtiyacı var.

Austin xəstəxanaya yerləşdirildiyinə görə NATO toplantısında iştirak etmək üçün Brüsselə planlaşdırılan səfərini ləğv etmək məcburiyyətində qaldıqdan sonra virtual olaraq evdən danışıb.

Britaniyanın xarici işlər naziri David Kameron çərşənbə günü ABŞ qanunvericilərini təhlükəsizlik yardımı paketinə səs verməyə çağırıb.

Kemeron Bolqarıstana səfəri zamanı jurnalistlərə "Mən bu gün ABŞ-ın bunu nəzərdən keçirəcək Konqres üzvlərini paketə səs verməyə çağırıram" deyib.

Xatırladaq ki, Senat tərəfindən qəbul edilən və Nümayəndələr Palatasının müzakirəsinə göndərilən layihədə Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 14 milyard dollar və Tayvan da daxil olmaqla, Hind-Sakit okean regionunda ABŞ tərəfdaşlarına dəstək və Çindən təcavüzün qarşısını almaq üçün 4,83 milyard dollar nəzərdə tutulub.

Bundan əlavə, plan Qəzza və İordan çayının qərb sahilində və dünyanın digər münaqişə zonalarında mülki əhaliyə humanitar yardım üçün 9,15 milyard dollar nəzərdə tutur.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG