İnsanları terrorçu İŞİD sıralarına cəlb etməkdə şübhəli bilinən Avstraliya vətəndaşı Birləşmiş Ştatların İraqda həyata keçirdiyi hava hücumları zamanı ölüb.
Avstraliyanın baş prikuroru Corc Brandis bu gün radio çıxışı zamanı deyib ki, əsl adı Nil Prakaş olan, lakin Melborn kimi tanınan şəxs aprel ayının 29-da Mosula edilən hava hücumları zamanı ölüb. Baş prokuror onu da əlavə edib ki, bu şəxsin ölümü İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edir.
Corc Brandis eləcə də, Birləşmiş Ştatların keçən ay Suriyada həyata keçirdiyi hava hücumları zamanı digər avstraliyalı Şadi Cabbar Xəlil Məhəmmədin sudanlı həyat yoldaşı ilə birgə öldürüldüyünü deyib. O, həmin şəxslərin də İŞİD sıralarına insan cəlb etdiyini bildirib.
Şadi Cabbar Xəlil Məhəmməd keçən ilin oktyabr ayında Sidneydə polis işçisini qətlə yetirən 15 yaşlı Fərhad Cabbarın böyük bacısı idi. Cabbar polislə atışma zamanı öldürülüb.