Accessibility links

Sidneydə girov böhranı davam edir


Sidneydə girov götürülənlərin azad edilməsi ilə bağlı səylər saatlardır davam edir. Girovdarın Sidneyin biznes mərkəzindəki restoranda neçə nəfəri girov saxladığı məlum deyil.

Restorandan indiyədək beş nəfər qaça bilib. Təxminlərə görə içəridə hələ də 10-25 arasında girov qalır.

Bu gün televiziya ilə canlı yayımda polisin restoranı və biznes mərkəzini mühasirəyə aldığı "Lindt Chocolate Cafe"-dən bir restoran işçisinin və iki müştərinin qaçdığı nümayiş etdirilib. Az sonra restorandan daha iki nəfərin qaçdığı göstərilib.

Təhlükəsizlik məqsədilə restoranın yaxınlığındakı ofis binalarının işçiləri evakuasiya edilib. Rəsmilər ərazidən şübhəli bir bağlama tapıldığını bəyan etdikdən sonra yaxınlıqdakı Sidneyin məşhur Opera Evinin işçiləri də evakuasiya edilib. Yaxınlıqdakı küçələrin və restoranın altından keçən dəmiryol xəttinin də bağlandığı bildirilir.

Pəncərədən girovdarın ağ köynək, qara sviter geyindiyi və əlində silaha bənzər nəsə gəzdirdiyi görünür. Artıq saatlardır saxlanılan girovların xəsarət aldığı barədə heç bir məlumat yoxdur.

Polis komissarı Endryu Çipion hadisənin terror aktı olduğunu inkar etsə də, bu vəziyyətin bir neçə gün davam edə biləcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG