Accessibility links

Avstraliyanın Sidney şəhərinin çox sayda sakini daşqın səbəbi ilə təxliyə edilir


Şiddətli yağışların səbəb olduğu daşqınlara görə Avstraliyanın ən böyük şəhərinin daha çox sakininə təxliyə edilməli və ya təxliyə edilməyə hazır olmaları barədə xəbərdarlıq edilib.

Fövqəladə hallar üzrə rəsmilər çərşənbə axşamı Yeni Cənubi Uels ştatının paytaxtı Sidneyin 50 min sakin üçün təxliyyə barədə xəbərdarlıqlar edib; bazar ertəsi 32 min nəfərə təxliyyə xəbərdarlığı edilmişdi.

Güclü fırtına bir neçə gün davam edən leysan yağışlara səbəb olub ki, bu da bəndlərin və çayların daşmasına, yolların suların altında qalmasına, Sidney və onun ətrafında yüzlərlə evin sulara qərq olmasına səbəb olub.

Fövqəladə hallar işçiləri bir gecədə evlərində və ya su basmış yollarda qalmış avtomobillərdə sıxışıb qalan insanların xilasedilməsi üzrə əməliyyat aparıb.

Yeni Cənubi Uels ştatının baş naziri Dominik Perrottet çərşənbə axşamı sakinləri arxayın olmamağa çağırıb. "Bu vəziyyətin bitməsinə çox var" - deyə, o, jurnalistlərə bildirib.

Yeni Cənubi Uels ştatı 23 bölgəsini təbii fəlakət zonası elan edib və bununla zərər çəkmiş sakinlərə maddi yardıma icazə verilib.

Sidney 2021-ci ilin martından bəri dördüncü böyük daşqınla üzləşib ki, bu, milyardlarla dollar ziyana səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG