Accessibility links

Avstraliya Ukraynaya 74 milyon dollarlıq yeni yardım paketi ayıracaq


Reuters xəbər agentliyinin bildirdiyinə görə, Avstraliyanın baş naziri Entoni Albaniz Ukraynaya növbəti 110 milyon Avstraliya dolları (74 milyon dollar) məbləğində yeni hərbi dəstək paketini açıqlayıb.

Yeni paketə 70 ədəd texnika, o cümlədən, 28 ədəd M113" zirehli maşın, 14 xüsusi təyinatlı maşın, 28 ədəd MAN 40M orta ölçülü yük maşını və 14 ədəd qoşqu daxildir.

Kyiv həmçinin çox əhəmiyyətli 105 mm-lik artilleriya mərmiləri alacaq. Bundan əlavə, Avstraliya Ukraynadan idxal olunan malların rüsumsuz girişini daha 12 ay uzadacaq.

"Bu əlavə dəstəyin Rusiyanın qanunsuz, əsassız və əxlaqsız müharibəsi qarşısında böyük şücaət nümayiş etdirməyə davam edən Ukrayna xalqına yardımda real nəticələri olacaq"- deyə, Albaniz bildirib.

Bundan əlavə, Kanberra Ukraynanın humanitar ehtiyaclarını ödəmək üçün BMT-yə 10 milyon Avstraliya dolları verəcək.

Baş nazir vurğulayıb ki, Avstraliya Ukraynanı nə qədər lazımdırsa dəstəkləyəcək.

Avstraliya Ukraynaya onlarla Bushmaster zirehli texnikası da daxil olmaqla, sursat və avadanlıq tədarük edən NATO üzvü olmyan ən böyük ölkələrindən biridir.

XS
SM
MD
LG