Accessibility links

Kitab autistik uşaqlara dost qazanmağa kömək edir [Video]


Kitab autistik uşaqlara dost qazanmağa kömək edir
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Autistik uşaqların sosial çətinliklərlə yaşayırlar. Onların ətrafdakılarla ünsiyyət qura bilmək bacarıqları zəif və tipik uşaqlarla müqayisədə çox az dostları olur. Amma sinif yoldaşları onları anlamğa başlasa bu dəyişə bilər. Bu reportaj ətrafdakıların autistik oğlunu anlaması üçün kitab yazan avstraliyalı ana haqqındadır.

Ailə iti Hüqo Aleksanderin ən yaxın dostudur. Altı yaşlı uşağın mülayim autizmi və intellektual qeyri-qabilliyi var.
Anası Mişa Aleksander deyir ki, hər gün səhər Hüqo ilə evdən çıxmaq böyük bir çətinlikdir.

“Hüqo ilə gün güclü olmağı tələb edir. Onu məktəbə hazır etmək üçün çox enerji sərf etməli oluram.”

Autistik uşağın anası kimi o həmişə digər uşaqları və valideynləri Hüqonun vəziyyəti haqqında məlumatlandırmalı olduğunu hiss edib.

“Hüqo məktəbəqədər hazırlıqda olanda mən broşürlər hazırlayıb onun həmyaşıdları və ailələri ilə paylaşmışdım. İstəyirdim ki, onlar Hüqonu anlaya bilsinlər.”

Hüqo ibtidai məktəbə başlayanda isə Mişa insanları daha çox məlumatlandırmalı və autizmin nə olduğunu izah etmək lazım olduğunu hiss etdi.

“Həmin an mən kitab yazacağımı düşündüm. Bununla da tipik və qeyri-qabil uşaqlar arasındakı fərqi izah etmək istədim.”

“Onun adı Ferqusdur. O çox tanınır.”

Mişa Aleksander Ferqus və Delayla adlı uşaq kitabı yazıb. Bu kitab nisbətən fərqli olan amma dost qazanmaq istəyən uşaq haqqındadır.

Kitab həm məktəbdə, həm də evdə istifadə üçün nəzərdə tutulub.

“Mən bununla bizim fərqliliklərimizin normal olduğunu, inkluzivliyi yaymaq istəmişəm.”

Bu kitab müsbət rəylər alıb.

“Mən on ildir ki, bu sahədə çalışıram və bu mövzuda bu qədər maraqlı və məlumatlandırıcı uşaq ədəbiyyatına rast gəlməmişəm.”

Autizm haqqında maraqlı, rəngarəng hekayələrlə danışmaq Hüqo və onun kimi uşaqların həyatını daha asan etmək, maneələri aşmaq üçün ilkin addım ola bilər.

XS
SM
MD
LG