Accessibility links

Yeni robot autistik yetkinlərin iş ünsiyyətinə hazır olmalarına yardımçı olur [Video]


Yeni robot autistik yetkinlərin iş ünsiyyətinə hazır olmalarına yardımçı olur
please wait

No media source currently available

0:00 0:02:13 0:00

İnkişaf etmiş ölkələrdə autizm ilə diaqnostika olunan insanların sayı artmaqdır və onun səbəbi qeyri-müəyyən olaraq qalır. Daha çox autistik uşaq, gələcəkdə daha çox autistik yetkin deməkdir. Yeni robot həmin autistik yetkinlərin işə başlamaları zamanı qarşılaşacaq iş ünsiyyətinə hazır olmağı yardımçı olacaq.

Autistik yetkinlər üçün işə daxil olmağın əsas çətinliyi işin özü yox, çalışdıqları insanlarla ünsiyyətdir.

Autizm spektrumuna daxil olan insanlar üçün əksər hallarda həmkarlarının emosiyalarını anlamaq çətindir. Bu isə iş münasibətlərin qurumlasında çətinliklər yaradır.

Burada köməyə Alix gəlir.

“Autizmi olan yetkinlər bizə işə düzəlmək və iş yerlərini saxlaya bilməkdə problemləri haqqında danışırlar. Əsas çətinlik isə onların işi görə bilib-bilməməsi deyil, iş yeri siyasəti, xüsusilə də deyilən sözlərdən daha çox insanların nəzərdə tutduqlarını anlamaqdır. Bu anlayışın bir hissəsi emosional ifadədir. Alix kimi robotlar isə onlara bu işdə kömək edəcək.”

Heriot-Uatt Universitetinin tədqiqatçıları Alix-ə insan emosiyalarını, onun ən sadə və universal formasında veriblər.

Autistik yetkinlər həmin robotlarla müxtəlif tapşırıqlar üzərində çalışaraq, ortaq emosiyaları anlamağı öyrənirlər.

“Edilən iş təlimlər və yardım vasitəsilə onların ətrafı qavramalarının dəyişdirilməsidir. Bu insanı dəyişmək cəhdindən fərqlidir. Çünki onlar ömrü boyu özlərini dəyişməyə çalışıblar və bu bir nəticə verməyib. Beləliklə əsas fokus terapiya müdaxiləsindən istifadədir. Buna sadə dildə ətrafın qavranılmasının dəyişdirilməsi də deyilə bilər. ”

Bu əksər insanların rahatlıqla anlaya biləcəyi emosiyalardır. Məsələn… kədər… əsəb… qorxu… və təəccüb.

Tədqiqatçılar bu addımı robotun proqramlaşdırılması ilə daha irəli aparıb. Beləliklə, robot nəinki emosiyaları göstərir, həm də insanın davranışına cavab verir.

“Robotun insanları anlaması təliminə əlavə olaraq, biz insanlar kimi cavab verən robot yaradırıq. Bu autizmli yetkinlər üçün məşğələlərin effektiv hissəsi olacaq. Bununla da, onlar yalnız emosiyanın necə ifadə edildiyini yox, ona necə cavab verildiyi bir prosesi görmüş olurlar. ”

Hal-hazırda Alix yalnız bir nümunədir. Onun yekun halı tam bədənə malik və avtonom olacaq. Autistik uşaqlar üçün yaradılmış oxşar robot olan Kaspar kimi.

XS
SM
MD
LG