Accessibility links

Autizmi olan uşaqlar üçün robot [Video]


Autizmi olan uşaqlar üçün robot
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Kaspar adlı humaoid robot xüsusi olaraq autiszmi olan uşaqlar üçün düzəldilib. Bu robot onlara böyüklər və uşaqlarla ünsiyyət qurmağa yardım edir.

Finn kimi autizmi olan uşaqlar başqaları ilə münasibət yaratmaqda çətinlik çəkir. Amma Kasparla ünsiyyət qurmaq onlar üçün asandır.

Robotla terapevtlər uşaqlara daha çox yardım edə bilirlər, çünki uşaqlar robotla ünsiyyə qurmağı xoşlayır. Bəzən onlar robota baxıb onunla insanlardan daha çox göz təması qururlar.
Ben Robins

Kaspa Hetfrodşayr Universiteti tərəfindən autizmi olan uşaqlara oyun və mahnılar vasitəsilə sosial ünsiyyət bacarıqları əldə etməyə yardım etmək üçün düzəldilən uşaq ölçüsündə bir robotdur. Robot müəllim ya da terapevt tərəfindən uzaqdan idarə olunur.

“Robotla terapevtlər uşaqlara daha çox yardım edə bilirlər, çünki uşaqlar robotla ünsiyyə qurmağı xoşlayır. Bəzən onlar robota baxıb onunla insanlardan daha çox göz təması qururlar”, Hetfrodşayr Universitetindən Ben Robins bildirir.

Ben Robins deyir ki, Kaspar dəyişkəndir və son 10 ildə onunla oynayan 170 uşağın müxtəlif ehtiyaclarını qarşılamağa uyğunlaşdırılıb.

Kasparın uşaqların davranışlarına böyük təsiri olub. Onlardan biri sinif yoldaşları ilə birlikdə yemək yeyə bilməyən balaca oğlandır.

“Daha sonra biz Kasparla birlikdə yemək yeməyə başladıq. Bu, onun çox xoşuna gəldi və o, Kasparı özü yedirməyə başladı. İndi isə o, artıq sinifə inteqrasiya olunub və sinif yoldaşları ilə birlikdə yemək yeyir”, terapevt Alis Linç deyir.

Kaspar
Kaspar

Bu cür müsbət hallar robotu hazırlayanlara onun proqramlarını və görünüşünü dəyişməyə, habelə Kasparın effektivliyini təmin etməyə yardım edir.

Ben Robins: “Kaspar üzərində aparılan uzun-müddətli araşdırma çox vacibdir, çünki biz uşaqların robotla ünsiyyət qurandan sonra əldə etdikləri bacarıqlardan məktəb və ev kimi başqa yerlərdə də istifadə edib-etmədiklərini öyrənməliyik”.

Kaspar hələ ki prototipdir, lakin onu düzəldənlər artıq autizmi olan hər bir uşağın Kasparı əldə etməsini istəyir.

XS
SM
MD
LG