Accessibility links

Autizmli uşaqlara it xidməti [Video]


İtlər autizmli uşaqlara kömək edir
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Heç də hər həkim xəstəxanaya heyvanların gətirilməsinə icazə verməz. Amma çilili uşaq stomatoloqu üçün autizmli uşaqların dişlərinin müalicəsində itlərin köməyi çox böyükdür.

“Bu uşaqlar üçün stomatoloqun gözləmə otağında oturmaq həyəcan və qorxuya səbəb olur. Amma yanlarında it olanda uşaqlar daha sakit olur, müalicə otağında daha rahat girirlər.”

Zukka adlı bu qara labradorun sayəsində, əvvəllər dayanmadan qışqıran və həkimlərin qolunu dişləyən 9 yaşlı Dieqo Rosales dişlərinin müalicəsinə çox təmkinlə reaksiya verir.

Anasının sözlərinə görə, itin otaqda olması hər şeyi dəyişir.

“Əvvəllər biz ona yalan deməli olurduq. Deyirdik ki, kinoya və ya başqa bir yerə gədəcəyik. İndi isə əksinə. O özü bizdən stomatoloqa nə zaman gədəcəyimizi, dişlərinə nə zaman baxılacağını soruşur.

“Əvvəllər biz ona yalan deməli olurduq. Deyirdik ki, kinoya və ya başqa bir yerə gədəcəyik. İndi isə əksinə. O özü bizdən stomatoloqa nə zaman gədəcəyimizi, dişlərinə nə zaman baxılacağını soruşur.

İt təlimçisi Raul Varela deyir ki, o autizmli uşağının itlə ünsiyyətdən sonra düzəlməsini müşahidə edəndə bu fikrə gəlib.

“Mən heç zaman düşünmürdüm ki, bunun ciddi bir təsiri olacaq. Bu öz uşağıma yardımçı olmaq üçün bir təşəbbüs kimi başlamışdı. Parallel olaraq isə ətrafdakı insanların “hey, mənə də yardımçı ol” demələrini eşitməyə başladım.”

Varelanın indi altı müalicə iti var. Bu itlərin hər birinə stomatoloqun otağında uşaqların aqressiv səsləri və davranışlarının öhdəsindən gəlmək öyrədilib. O deyir ki, itlərinə artan tələbat heyvanların stresi azaltmaq gücündə olduğunun sübutudur.

XS
SM
MD
LG