Accessibility links

Putin: Yeni nüvə silahları növbəti illərdə istifadəyə veriləcək


Prezident Vladimir Putin deyir ki, qarşıdan gələn illərdə Rusiya ordusu yeni nüvə silahları əldə etməyə başlayacaq.

Cümə günü Soçidə keçirilən görüşdə çıxış edən Putin bildirib ki, yeni Avanqard hipersonik qurğusu növbəti ildən, yeni Sarmat qitələrarası ballistik raketi isə 2020-ci ildə etibarən istifadəyə veriləcək.

Avanqard və Sarmat Putinin mart ayı təqdimatında nümayiş etdirilən və vurulması mümkün olmadığı bildirilən yeni nüvə silahları arasında idi. Həmin təqdimat zamanı nümayiş etdirilən digər silahlar qlobal miqyaslı kruiz raketləri və sahildə yerləşən hədəfləri vurmaq üçün nəzərdə tutulmuş sualtı dronlar da daxil idi.

Putin deyib ki, mart ayında təqdim edilən iki digər sistem – Kinjal hipersonik raketi və Peresvet lazer silahı artıq Rusiyanın Cənub Hərbi Ərazisi qoşunlarının istifadəsinə verilib.

XS
SM
MD
LG