Accessibility links

AZAL 4 ədəd “Boeing 787-8 Dreamliner” təyyarəsi almaq niyyətini elan edib


“Boeing 787-8 Dreamliner” təyyarəsi
“Boeing 787-8 Dreamliner” təyyarəsi

İyunun 20-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Paris aviasalonunda təxminən 918 milyon dollar həcmində qiymətləndirilən dörd “Boeing 787-8 Dreamliner” təyyarəsi almaq niyyətini elan edib.

Təyyarələrin sifarişi və tədarük tarixləri barədə məlumat tamamilə təsdiqləndikdən sonra "Boeing" Korporasiyasının rəsmi saytında yerləşdiriləcək, AZAL-ın mətbuat xidməti bildirir.

“Boeing 787-8 Dreamliner” təyyarəsi
“Boeing 787-8 Dreamliner” təyyarəsi

"Yeni "787-Dreamliner" təyyarələrinin sifarişi barədə qərar "Azərbaycan Hava Yolları"na gələcək inkişaf üçün böyük imkanlar açır. Biz MDB məkanında aparıcı aviadaşıyıcılardan biri olaraq, müasir "Boeing 787" təyyarələrinin bizə təqdim etdiyi imkanlar sayəsində marşrut şəbəkəmizin genişləndirilməsini səbirsizliklə gözləyirik", AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə "Azərbaycan Hava Yolları" 2 milyondan çox sərnişin daşıyıb.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Hazırda aviaşirkətin donanmasına iki "Boeing 787-Dreamliner" təyyarəsi, həmçinin "Boeing 767" və "Boeing 757" təyyarələri daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG